Hizbullahın baş katibi: Livan sərhədlərinin təyin olunması İranın nüvə sazişi ilə heç bir əlaqəsi yoxdur

Şənbə 20 Avqust 2022 - 14:13
https://az.iswnews.com/?p=11921

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən 19 avqust tarixində Centa Müqavimət Muzeyinin inşa olunmasının başlanma mərasimində çıxış edib.

Seyid Həsən çıxışının əvvəlində bildirdi ki, bizim müzakirəmiz Əl-Bəqada bir mərkəzin yaradılması prinsipi ilə bağlı deyil, çünki bu, tarix və fədakarlıq qarşısında ən görə biləcəyimiz ən kiçik işlərdəndir, həmişə bu mərkəzin harada tikiləcəyi ilə bağlı olub. Bu yeri seçmək üçün çox zaman lazım deyildi və biz Centanı seçdik. Biz uzun illərdir Əl-Bəqada turizm və cihad mərkəzi yaratmağı düşünürük və cənubda Melitada bir mərkəz yaratmaqda uğurlu təcrübəmiz var və əl-Bəqada bir mərkəz yaratmaq xatirələr, tarixi və bu bölgənin insanları qarşısında minimum olan borcumuzdur və biz Centanı seçdik. Bəs niyə Centa?

O, dedi: Centanın əslində təlim düşərgəsi olduğunu, lakin buranın Livanın hər yerindən gələn döyüşçülərin ibadət, cavab vermə, təchizat, görüşüb tanışlıq yeri olduğunu və qardaşların bir-birini qucaqlayıb göz yaşları içində necə sağollaşdığını gördük. Burada Allah qorxusu və İmam Hüseynə (ə) məhəbbət üçün göz yaşları axdı, İsrailin bombardmanında Allah yolunda qanları töküldü və Allah kişiləri məhz buradan yola düşdülər və möcüzələr yaratdılar.

Hizbullahın baş katibi çıxışının davamında bildirdi ki, gəlin 40 il əvvələ və İsrailin Livana hücumu dövrünə qayıdaq. Bu hücumun nə qədər çəkəcəyi məlum deyil di. Həmin günlərdə İmam Xomeyni (r.ə) böyük tarixi qərar qəbul etdi və işıq kimi parlayan bir qüvvəni Suriyaya və bu ölkənin o zamankı prezidenti Hafiz Əsədlə görüşmək üçün Dəməşqə yüksək səviyyəli bir heyət göndərdi. İran ABŞ və Fars körfəzinin ərəb ölkələrinin səxavətli dəstəyini alan Səddama qarşı minlərlə kilometrlik cəbhədə vuruşsa da, İmam Xomeyni (r.ə) gəncləri və kişiləri livanlılar və suriyalılarla bərabər işğalçı rejimlə qarşı-qarşıya qalmaq və döyüşməyə göndərdi. İran qüvvələrinin missiyası cəbhələrdə döyüşmək deyil, livanlılara işğalçı rejimlə qarşı-qarşıya qalmaq və öz torpaqlarını azad etmək üçün kömək etmək idi və İran qüvvələrinin ilk daxil olduğu ərazi bu Centa torpağı olmuşdur.

O, vurğuladı: Plan dəyişdirildi və livanlı döyüşçülərə kömək etmək, maddi-texniki və hərbi dəstək vermək və təcrübə ilə təmin etmək üçün SEPAH qüvvələri Livana göndərildi və bundan sonra bu qüvvələrin vəzifəsinin cəbhələrdə iştirak etməkdən İşğalçı rejimə müqavimət göstərmək və işğal olunmuş torpaqları azad etmək üçün Livanlılara təminat və yardım vəzifəsində hərbi xidmətə dəyişdirildi.

Nəsrullah bildirdi: Centa, Əməl İslami hərəkatının məsulu olan Seyid Hüseyn Əl-Musəvinin başçılıq etdiyi təlim düşərgəsi idi və bu düşərgə SEPAH-çı qardaşlara verildi və ilk hərbi təlim kursu başladı və ilk olaraq oraya qatılanlardan İslam müqavimətinin şəhid liderlərdən biri, Seyid Abbas Musəvi və bir sıra digər liderlər idi. Centa düşərgəsi elə bir vəziyyətə gəlmişdir ki, ürəklər ora üçün döyünür və oranın hərbi təlimlərində iştirak etmək üçün bir-biri ilə yarışan həvəskarları var idi və bütün bölgələrdən gənclər gəlirdi və burada ilk təlim mərkəzi və ilk hərbi kurs keçirildi və bundan sonra Centa və onun ətrafında düşərgələr inkişaf etdirildi, dərələrdə və təpələrdə düşərgələr quruldu.

Seyid Həsən əlavə etdi: Əsas qüvvələrin mövcudluğu Əz-Zəbədani bölgəsində idi və oradan Livan və Centaya daxil olmaq qərarı qəbul olundu və bura, İslam İnqilabı Keşikçiləri Korpusu qardaşlarının daxil olduğu ilk Livan bölgəsidir, həmin yer ki, bu gün biz orada bu mərasimi qeyd edirik. Düşərgənin ətrafında yerləşən qəsəbələrin sakinləri də İsrailin dəfələrlə etdiyi təcavüzlərdən əziyyət çəkdi və bu düşərgənin bombalanması zamanı iranlıların və livanlıların qanı bir-birinə qarışdı. Düşərgəyə qatılanların çoxu şəhid oldu.

Livanın Hizbullah hərəkatının baş katibi Livan və sionist rejim arasında dəniz sərhədlərinin çəkilməsi ilə bağlı vurğuladı: Dəniz sərhədləri, Kariş yatağı və Livanın öz sularında hüquqları məsələsinin İranın nüvə razılaşması ilə yaxından və ya uzaqdan heç bir əlaqəsi yoxdur. İranın nüvə sazişi imzalansa da, imzalanmasa da, Livan öz tələblərinə çatmasa, biz şiddətli cavaba əl atacağıq. Gözlər Kariş meydanında və Livanın sərhədlərində və vaxtı tələf edən Amerika vasitəçisində olmalıdır ki, vaxt da az qalıb.

Salman Rüşdiyə hücumla bağlı Seyid Həsən bildirdi ki, bu, həqiqətən də mühüm hadisədir, amma indi şərh verməyəcəm, çünki bəzi məlumatlara, təfərruatlara və xırdalıqlara ehtiyacımız var və bu hesabatlar tamamlanarsa, o zaman, bu əhəmiyyətli hadisə ilə əlaqədar biz təcili və qəti bir mövqe bildirməli olacağıq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir