Tacikistan və Amerika ordularının birgə hərbi təlimləri keçirilir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində “Regional Əməkdaşlıq 2022” hərbi təlimi adı altında Amerika və Tacikistan ordularının birgə hərbi təlimləri keçirilir.
“Regional Əməkdaşlıq 2022” adlı 22-ci hərbi təlim avqustun 10-dan 20-dək Tacikistanın paytaxtı Düşənbə, Baxtar və Fəxrabad şəhərlərinin hərbi bölgələrində keçirilir. Bu təlimlər təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, Mərkəzi və Cənubi Asiya ölkələrinin, o cümlədən Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Pakistan və ABŞ-ın əməkdaşlığının və birgə imkanlarının inkişaf etdirilməsi üçün çoxmillətli əməliyyatların gücləndirilməsinə yönəlmiş illik təlimdir.
Bundan əlavə, Tacikistan və ABŞ ikitərəfli olaraq Fəxrabad təlim mərkəzində beş günlük təlim keçiriblər. Bu təlim təhlükəli olmayan mühitdə hadisələri əlaqələndirmək, sinxronlaşdırmaq və birgə reaksiya vermək imkanı verir.
Amerikanın Tacikistandakı səfiri Con Mark Pomerşim “Regional Əməkdaşlıq 2022” hərbi təliminin iştirakçılarını təbrik edərək deyib: “Bu əməkdaşlıq ABŞ-ın Mərkəzi və Cənubi Asiya ölkələrinin iştirakı ilə keçirilən ən böyük hərbi təlimidir və bu təlimin keçirilməsi regiondakı tərəfdaşlarımızla əlaqələrimizi gücləndirmək üçün əla fürsətdir. Bu təlimlər qlobal çağırışlara dinc cavablar, məlumat mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxil olmaqla mühüm regional problemlərin həlli üçün açıq səhnə rolunu oynayacaq”.
Korona virusun yayılmasından sonra ABŞ və digər ölkələr arasında birgə hərbi təlimlər dörd il müddətinə dayandırılmışdır. Bu hərbi təlim son illərin ən genişmiqyaslı təlimidir və bu təlimə ev sahibliyi etmək üçün Tacikistanın seçilməsi bir neçə cəhətdən vacibdir:
1- Amerika Əfqanıstanı tərk etdikdən sonra Tacikistanla mövcudluğunu və əməkdaşlığını gücləndirdi.
2- Tacikistan hakimiyyəti Amerika qüvvələri ilə birgə təlim keçirmək üçün Fəxrabad Hava Bazasını seçib.
Bu baza bir tərəfdən Tacikistanın paytaxtı Düşənbə yaxınlığında yerləşən, digər tərəfdən Tacikistanın cənub sərhədlərinə nəzarət etmək üçün əlverişli olan Tacikistanın ən inkişaf etmiş hərbi bazalarından biridir. Bu baza həm də Əşrəf Qəni hökumətinin devrilməsi zamanı Əfqanıstan ordusundan qaçan bir neçə təyyarə və helikopterin yerləşdiyi yerdir. Ona görə də Tacikistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi Mərkəzi Asiya ölkələri üçün təhlükəsizlik həyəcan siqnalı olmaqla yanaşı, Rusiya, İran və Çin də daxil olmaqla, regional güclərə ciddi xəbərdarlıqdır.
Daha çox oxuyun:
Tacikistan, Rusiya və Amerika arasında yeni rəqabət meydanı
Orta Asiyada Şərq və Qərb dövlətləri arasındaki münaqişənin nəticələri barəsində araşdırma
Rəy