Linzanın ayırdetmə qabiliyyəti və Kosmik şəkil çəkmə sistemlərində təsvirin dəyişirilmə növləri

Bazar 13 Fevral 2022 - 17:58
https://az.iswnews.com/?p=1183

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin kosmos komandiri Sərdar Cəfərabadi bu yaxınlarda verdiyi müsahibədə aşağıda daha dərindən araşdıracağımız kosmos təsvirlərinin dəqiqliyi ilə bağlı mühüm məsələni qeyd edib.

Sərdar Cəfərabadi bu müsahibənin bir hissəsində deyib: “Əgər biz yarım metr dəqiqliklə peyk görüntülərinə sahib olmaq istəyiriksə, linzanın diametri 80 santimetr və ya uzunluğu 1-2 metr olmalıdır ki, bu cür linzanın istehsalı hal-hazırda mümkün deyil. Lakin misal üçün, bizim dörd ədəd bir metrlik peykimiz ola bilər ki, onlardan istifadə edərək təsvirin keyfiyyətini yarım metrə endirmək olar.”

Sərdar Cəfərabadinin haqlı olaraq qeyd etdiyi məqam optik sistemlərin linzalarına emal olunan məhdud ayırdetmə qabiliyyəti ilə bağlıdır. Peyk üçün tələb olunan kamera obyektivinin diametrini hesablamaq üçün aşağıdakı tənlikdən istifadə etməliyik: tan ^ -1 (ayırdetmə qabiliyyəti / hündürlük) (π / 180) = 1.22 (dalğa uzunluğu / obyektiv diametri)
Ayırdetmə qabiliyyəti = Çəkilişin dəqiqliyi Ölçü vahidi: Metr
Hündürlük = Peykin hündürlüyü, Ölçü vahidi: metr
Dalğa uzunluğu: Ölçü vahidi: Metr, 400 ilə 700 nm arasında görünən diapazon üçün
Obyektiv diametr = linzanın diametri, Ölçü vahidi: Metr

Məsələn, 470 km hündürlükdə və görünən diapazonda hər piksel üçün yarım metr çəkiliş dəqiqliyi ilə peyk üçün tələb olunan obyektiv diametri 80 sm-dir. tan ^ -1 (0,5 / 470000) π / 180 = 1,22 (710 ^ -7 / Obyektiv diametri) => Obyektiv diametri = 0,8027 (m)

Nəzərə alsaq ki, bu ölçülərə malik belə linzaların tikintisi hazırda İranda mümkün deyil (kristalın keyfiyyətli olması üçün tələb olunan avadanlıqın olmamasından, izostatik pres və lapping-in lazım olmasından və… yüksək ölçülərdə tələb olunan təchizatlar səbəbindən) lakin bu məsələnin alternativ həlli var. Yarım metr dəqiqliklə təsvir əldə etmək üçün 1 metr dəqiqliklə təsvir çəkə biləcək bir neçə peykdən istifadə edib, çəkilən görüntülərin üzərində işlənilməsi mümkündür.

Təsvirin işlənməsi üsulu “Super Resolution” adlanır. Bu növ təsvir dəyişiklikləri texnikası bir çox kamera sensoru olan smartfonların şəkillərini keyfiyyətləşdirmək və ya CT Scan aparatlarının çəkdiyi şəkillərin keyfiyyətini artırmaq üçün istifadə olunur. Bu metodun işləmə nümunəsini aşağıdakı şəkillərdə görmək olar:

Super Resolution nümunəsi
Super Resolution nümunəsi

Bir metr dəqiqliyi və 250 km hündürlükdə olan bir peyk üçün peyk təsvirlərini təkmilləşdirmək üçün müasir təsvirin emalı üsullarından istifadə etmək imkanı sayəsində obyektiv diametri maksimum 20 sm olacaq bir linzanın istehsalı İranda mövcuddur. Deyilən məsələ ilə bağlı hesablamalar aşağıdakı kimidir: tan ^ -1 (1/250000) π / 180 = 1,22 (710 ^ -7 / LensDiameter)
=> LensDiameter = 0.2135 (m)

Təbii ki, bu, ilk dəfə deyil ki, bir neçə kameranın tərkibindən və təsvirin dəyişiklikləri emalından İranın hərbi sənayesində xüsusi ilə optik sistemin diapazonunu və ayırdetmə qabiliyyətini artırmaq məqamlarında istifadə olunur. Aşağıdakı elektro-optik aşkarlama sistemində gizli quşların aşkarlanması sahəsində dörd infraqırmızı kameranın tərkibindən passiv şəkildə istifadə olunub.

Dörd infraqırmızı kameranın tərkibinə malik elektro-optik aşkarlama sistemi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir