Oman ABŞ-Britaniya dəniz qüvvələri ilə birgə hərbi təlimə başlayıb
Oman şənbə gecəsi bu ölkənin donanmasının hazırda Hörmüz boğazında, Oman dənizində və Ərəb dənizində keçirilən Beynəlxalq Dəniz Təlimində (IMX-22) iştirak etməyə başladığını elan etdi.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi İRNA-ya istinadən bildirir ki, Maskat hökuməti fevralın 12-18 dən təlimin ikinci mərhələsinin fəaliyyətlərinə nəzarəti planlaşdırıb.
Məlumata görə, bölgədəki təlimlərə Oman Dəniz Təhlükəsizliyi də komandanlıq edəcək.
Oman Xəbər Agentliyinin verdiyi məlumata görə, Oman Hərbi Dəniz Qüvvələri donanmasından əlavə, ABŞ, İngiltərə, Pakistan və Cənubi Koreya da daxil olmaqla, bir sıra dost ölkələrin dəniz gəmiləri Oman Hərbi Hava Qüvvələrinin qırıcılarının dəstəyi ilə təlimlərdə iştirak edəcək.
Məlumata görə, təlimin məqsədi ölkələr, beynəlxalq təşkilatlar və mərkəzlər arasında və dəniz təhlükəsizliyi ilə bağlı sahələrdə əməkdaşlığı gücləndirmək dir.
Hesabata görə, təlimin digər məqsədləri regionda dəniz təhlükəsizliyinə nail olmaq, beynəlxalq gəmilərin hərəkətini asanlaşdırmaq və Oman sularında dəniz xətlərinin təhlükəsizliyini və liman təhlükəsizliyini təmin etmək üçün iştirakçı heyət və donanma arasında kommunikasiyaların, məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsi və daha çox təcrübə əldə edilməsidir.
Beynəlxalq Dəniz Təlimi (IMX22) Fars körfəzi, Hind okeanı, Bab əl-Məndəb boğazı və Qırmızı dənizdə eyni vaxtda keçirilən bir neçə digər beynəlxalq dəniz təlimlərinə bölünür.
Rəy