İraqın şimalında bir türk əsgəri həlak olub

Bazar 14 Avqust 2022 - 17:35
https://az.iswnews.com/?p=11691

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir hərbçisinin öldürüldüyünü açıqlayıb.

Avqustun 13-də “Ömer Bağra” adlı türk əsgərlərindən birinin ölüm xəbəri verilib. O, PKK silahlılarının İraqın şimalındakı türk hərbi bazalarından birinə hücumu nəticəsində öldürülüb. Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 49 nəfərə yüksəlib.

Həmçinin bu il avqustun 10-da Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin iki əsgərinin həlak olduğunu açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında iki türk əsgəri həlak olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir