Salman Rüşdi ilə bağlı xəbərlər + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən hər kəsin tanıdığı İslam Peyğəmbərini (s) təhqir edən “Şeytan Ayələri” kitabının mürtəd müəllifi Salman Rüşdi Nyu-Yorkda çıxış etməyə hazırlaşarkən hücuma məruz qalıb.
– Associated Press: “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi Nyu Yorkda çıxış etməyə hazırlaşarkən hücuma məruz qalıb.
Hücumun növü ilə bağlı ziddiyyətli fikirlər var; Bəziləri bıçaqla, bəziləri isə yumruqla hücum olduğunu deyir.
Qeyd edək ki, Salman Rüşdü “Şeytan Ayələri” kitabını yazandan sonra İmam Xomeyni (r) bu şəxs barəsində ölüm fətvası vermişdi. Artıq 10 illərdir ki, Salman Rüşdü xüsusi mühafizə altında yaşayır və nadir hallarda yaşadığı evdən çıxır.
– Yaralandıqdan sonra Salman Rüşdidən yayımlanan foto
– Salman Rüşdinin vəziyyəti kritik olduğundan onu helikopterlə aparıblar.
– Nyu-York polisinin açıqlaması: Salman Rüşdi boynundan yaralanıb. O, helikopterlə xəstəxanaya aparılıb. Hücum edən şəxs polis nəzarətindədir.
– Salman Rüşdini vurmaqda şübhəli bilinən şəxs
– Nyu-York qubernatoru Keti Hoçul, Salman Rüşdinin boyun nahiyəsindən bıçaqlandığını və hələ də sağ olduğunu bildirib.
– Daily Mail xəbər agentliyinin verdiyi məlumata görə, Salman Rüşdi 15 bıçaq zərbəsi alıb, onlardan biri boynu nahiyəsindən dəyib.
– Salman Rüşdi əməliyyat olunur
Reuters xəbər agentliyi dünən bıçaqla hücuma məruz qalan Peyğəmbəri (s) təhqir edən yazıçı haqqında onun əməliyyat olunduğunu yazıb.
Bu xəbər agentliyi onun vəziyyəti ilə bağlı daha artıq məlumat olmadığını yazıb.
– Məhəmməd Mərəndi, İran İR nüvə danışıqları qrupunun müşaviri, Salman Rüşdiyə qarşı baş vermiş sui-qəsd hadisəsinə maraqlı fikir bildirib:
“İllərlə İslama və müsəlmanlara qarşı nifrət yayan bir şəxs üçün göz yaşı tökməyəcəyəm.
Amma, təsadüfdürmü ki, biz nüvə sazişini canlandırmaq ərəfəsində olduğumuz bir zamanda, Amerika Con Boltona sui-qəsd olunacağını iddia edir və daha sonra belə bir hadisə baş verir?!”
– Salman Rüşdiyə hücum edən şəxsin ilkin görüntüləri
– Salman Rüşdiyə hücum edən şəxsin adı Hadi Matardır. Onun 24 yaşı var və Amerika vətəndaşıdır.
– Salman Rüşdinin proqram meneceri New York Times ilə söhbətində belə deyib: Xəbərlər ürəkaçan deyil. Rüşdi süni nəfəs aparatının altındadır və danışa bilmir. Çox güman ki, bir gözünü itirəcək. Onun bir əlinin əsəbləri ciddi zədələnib. Rüşdinin qaraciyəri də bıçaqlanıb və ciddi zədələnib.
– İran mediasının bildirdiyinə görə, The New York Post qəzeti Salman Rüşdini bıçaqlayan Hadi Matarın İran tərəfdarı və Sepahla əlaqədə olduğunu yazıb.
– Bu foto Amerika mediaları tərəfindən Hadi Matarın facebook hesabı olduğu iddia olunur. Bu hesabın Salman Rüşdiyə hücum edən şəxsə aid olması hələ təsdiqlənməyib.
Rəy