Suriyalı uşaq türk sərhədçiləri tərəfindən öldürülüb

Şənbə 12 Fevral 2022 - 23:35
https://az.iswnews.com/?p=1163

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Suriya-Türkiyə sərhədində türk sərhədçiləri tərəfindən suriyalı uşaq öldürülüb.

İdlibin qərb kənarında yerləşən Badama şəhərinin sakini Rəşid Rza Ər-Rifai adlı suriyalı uşaq türk sərhədçiləri tərəfindən öldürülüb. Sərhəd yaxınlığındakı sahədə əkinçiliklə məşğul olan uşaq sinəsindən güllə yarası alıb və onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 31-də İdlibin qərb kənarında, Dərkuş məntəqəsinin Əl-Dəryə kəndindən olan “Abdullah Xalid Səkif” adlı suriyalı uşaq sərhəd bölgəsi yaxınlığındakı əkinçilik sahəsində işləyərkən sərhədçilər tərəfindən sinəsindən güllə yarası alaraq öldürülmüşdür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir