Amerika hökuməti Suriya neftinin 80%-ni oğurlayır! + VİDEO

Cümə axşamı 11 Avqust 2022 - 20:15
https://az.iswnews.com/?p=11599

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cradle mediasının xəbərinə görə və Suriya Neft Nazirliyinin yeni bəyanatına əsasən, Suriya neftinin oğurlanmasının əsas səbəbi bu ölkədə mövcud olan Amerika qüvvələridir.

Bu hesabata görə, Suriya neft hasilatı 2022-ci ilin ilk yarısında gündəlik orta hesabla 80 min barel hasilatı ilə 14,5 milyon barel təşkil edib ki, bunun da 14 min bareli gündəlik neftayırma zavodlarına çatdırılır.

Lakin ABŞ hərbi qüvvələri və onların dəstəklədiyi qruplar Suriyanın şərqində işğal altında olan yataqlardan hər gün təxminən 66.000 barel neft oğurlayır.

Bu, Suriyanın gündəlik neft hasilatının təxminən 83%-i deməkdir!

Bu hesabatın məlumatlarına görə, müharibə başlayandan bu ilin ortalarına qədər Suriyanın neft sektoru Amerikanın neft oğurluğu əməliyyatı nəticəsində təxminən 105 milyard dollar maliyyə itkisinə məruz qalıb.

Dünən sosial şəbəkələrdə Rusiya helikopteri ilə çəkilmiş qalmaqallı videolar yayımlanıb.

Bu videolarda ABŞ ordusunun idarə etdiyi yük maşınları karvanının qaçaqmalçılıq yolu ilə oğurlanmış Suriya neftini İraqa və Raqqa şəhərindən çıxardığı əks olunub.

Daha çox oxuyun:

Suriyada baş verən son hadisələr, 9 Avqust 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir