Naməlum dronlar Qəzni və Konor əyalətlərinə hava zərbələri endiriblər

Cümə axşamı 11 Avqust 2022 - 15:03
https://az.iswnews.com/?p=11590

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum dronlar iki dəfə Qəzni və Konor əyalətlərindəki ərazilərə hücum edib.

Avqustun 6-da naməlum dron Əndər şəhərində yerləşən Çahar Divar kəndində Taliban silahlılarının qubernatorluq binasını bombalayıb. Əvvəlki rejim dövründə bu yer xarici qoşunlarla əfqan ordusu əsgərlərinin birgə bazası olub və Taliban Əfqanıstana nəzarəti ələ keçirdikdən sonra Əndər şəhərinin qubernatorluğuna çevrilib. Bu hücumdan bir neçə gün keçdikdən sonra bu hücumun tələfatı və dəymiş ziyanın təfərrüatları açıqlanmayıb.

Digər tərəfdən, ötən gün avqustun 10-da günorta saatlarında daha bir naməlum dron Konor vilayətinin Vətepur şəhərində yerləşən Dohuz kəndindəki yerləri bombalayıb. Yerli mənbələrin məlumatına görə və Amerikanın son illərdə bu ərazilərə hücumlarına nəzər saldıq da, bu kənd “Əl-Qaidə” qruplaşması və ya “Təhrik-e-Taliban Pakistan” üzvlərinin fəaliyyət göstərdiyi və gizləndiyi yerdir və çox güman ki, bu hücum Amerika dronları tərəfindən həyata keçirilib.

Amerika hakimiyyəti bu barədə açıqlama və ya təfərrüat yaymasa da, Kabil şəhərinə bu yaxınlarda dron ilə hücumu və “Əl-Qaidə” terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin öldürülməsini nəzərə alaraq, bu hücumların, Amerika Birləşmiş Ştatları tərəfindən və Pakistandan baş verdiyi ehtimalı verilir.

Daha çox oxuyun:
Amerika tərəfindən Əyman Əz-Zəvahirinin öldürülməsi ilə bağlı mühüm suallara cavab + FOTO
Əl-Qaidənin lideri Əymən Əz-Zəvahiri öldürüldü! Bu sui-qəsdin ehtimal olunan nəticələri nə olacaq? + FOTO
Qəzni şəhərində Taliban mövqelərinə naməlum hava zərbələri endirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir