Amerika tərəfindən Əyman Əz-Zəvahirinin öldürülməsi ilə bağlı mühüm suallara cavab + FOTO

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Çərşənbə 10 Avqust 2022 - 19:22
https://az.iswnews.com/?p=11507

“Əl-Qaidə” terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin öldürülməsi ABŞ-ın Mərkəzi Asiya regionunda, xüsusilə də Əfqanıstanda sabitliyi pozmaq üçün dağıdıcı fəaliyyətlərinin davam etdiyini göstərir. Bu hərəkət digər terror qruplaşmalarını gücləndirəcək və regionda yeni gərginlik və xaos dalğası yaradacaq.

Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usamə bin Ladenin Pakistanın Abutabad bölgəsinə hücumu zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən öldürülməsindən on il sonra Əl-Qaidənin yeni lideri Əyman Əz-Zəvahirinin olduğu yer, sirr olaraq qalırdı. Ta ki, ABŞ prezidenti Ağ Evdən keçirdiyi mətbuat konfransında Əz-Zəvahirinin ölümünü elan edənə qədər. Əl-Qaidə liderinin öldürülməsi ilə bağlı dərc edilmiş məlumatlara və ətraflı təhlilə əsaslanaraq, bununla bağlı mühüm suallara cavab veririk:

1- Əyman Əz-Zəvahirinin qətli necə oldu?
ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, 11 sentyabr hücumlarının planlaşdırılmasında iştirak etməkdə ittiham olunan Əl-Qaidənin ikinci lideri Əyman Əz-Zəvahiri ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dron hücumu nəticəsində öldürülüb.
Bu 71 yaşlı misirli qoca kişi avqustun 2-də səhər tezdən Amerika dronundan (ehtimal ki, MQ-9 tipli) Helfire raketi ilə Daxili işlər naziri və Taliban liderinin birinci müavini olan Siracuddin Həqqaninin köməkçilərindən birinin Kabildəki Şirpur bölgəsində yerləşən evinin eyvanına atəş açılması nəticəsində öldürüldü. Həmçinin hücumdan sonra havadan kəşfiyyat əməliyyatları və yerli mühafizə qrupu Əz-Zəvahirinin ölümünü təsdiqləyib və əməliyyatın uğurla başa çatmasını bildirmişdir.

ABŞ hökumət rəsmilərinin bildirdiyinə görə, Əz-Zəvahiri ailəsini (bu ilin əvvəlindən Kabildəki təhlükəsiz evə köçürülmüş) ziyarət etməyə gedəndə izlənib. Bayden Əz-Zəvahirinin məlumatını ilk dəfə aprel ayında əldə edib və əlavə məlumatı may və iyun aylarında alıb. İyulun 25-də Nazirlər Kabinetinin və milli təhlükəsizliyin baş məsləhətçiləri ilə görüşdən sonra o, Əz-Zəvahirinin öldürülməsi barədə yekun əmri verib.

Avqustun 2-də Amerika dronu vasitəsi ilə bombalanan ərazi

2- Əz-Zəvahirinin öldürülməsindən sonra nə baş verdi? Bu hücumun nəticələri nələrdir?
Əz-Zəvahirinin Kabildə olduğundan uzun müddətdir xəbərdar olan Taliban rəsmiləri hücumdan sonra Əz-Zəvahirinin qohumlarını başqa yerə köçürüblər. Bu hərəkət hələ də ABŞ tərəfindən araşdırıla bilən bir məsələdir. Digər tərəfdən, Taliban tərəfindən Əz-Zəvahiriyə sığınacaq verilməsi ABŞ və Taliban arasında Doha razılaşmasının pozulmasıdır, çünki Taliban bu müqavilədə heç bir terror qruplaşması ilə əməkdaşlıq etməyəcəyinə söz verib. Bu baxımdan Taliban Amerikanın Kabilə hücumunu pisləməklə hesab edir ki, bu hərəkət ABŞ tərəfindən razılaşmanın pozulmasıdır və onların Zəvahirinin öldürülməsi ilə bağlı iddiası sübuta yetirilməlidir.

Əz-Zəvahirinin öldürülməsinin əsas səbəblərini açıqlayarkən Əl-Qaidə liderləri arasında daxili fikir ayrılıqları yaratmaq, Talibanın yüksək vəzifəli üzvləri arasında fikir ayrılıqları yaratmaq, Əfqanıstanda Taliban əleyhinə qruplara dəstək vermək, Əl-Qaidə üzvlərinə İŞİD-ə qoşulmaq üçün zəmin yaratmaq, Amerikanın dünya və Asiya regionunda güc və təsirini təlqin etmək kimi məqamları qeyd etmək olar. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Əz-Zəvahiri İŞİD-in yaranmasının əvvəlindən ona qarşı idi və onun öldürülməsi Asiya və Afrika ölkələrindəki Əl-Qaidə üzvlərinin və onlara tabe olan qrupların İŞİD-ə qoşulmasını asanlaşdıra bilər. Təbii ki, Amerikaya Əfqanıstanda Taliban, İŞİD və digər silahlı qrupların mövcudluğu lazımdır. Əslində, onlar (İran və Çin kimi) Asiyadakı rəqiblərini təhdid edən istənilən müharibəni və anarxiyanı dəstəkləyirlər.

Əz-Zəvahirinin öldürülməsi Amerika üçün də problemlər yaradacaq, çünki onlar bu sui-qəsdi Əfqanıstanın paytaxtı Kabil şəhərində həyata keçiriblər və qonaqpərvərlik Talibanın puştun mədəniyyətində vacib bir şey olduğuna görə etirazlara səbəb ola bilər. Bundan əlavə, Əl-Qaidənin Amerikaya cavab vermə ehtimalı da var və bu qruplaşmanın son illərdə zəifləməsinə baxmayaraq, Amerika mövqelərinə cavab hücumları həyata keçirmək üçün lazımi gücləri var. Bu hallara baxmayaraq, Əz-Zəvahirinin öldürülməsinin Amerika üçün faydaları onun təhdidlərindən daha çoxdur və biz gələcəkdə bu hərəkətin nəticələrini gözləməliyik.

Bu məsələləri dərk edən Amerika hazırda Pakistan, Tacikistan və Özbəkistanda daha çox baza yaratmaq və təsir etmək istəyir. Hərbçilərin Əfqanıstandan çıxarılması onların xərclərini azaldıb və Mərkəzi Asiya ölkələrində daha böyük təsir əldə etmək üçün əllərini açıb.

3- Taliban ABŞ-la Əymən Əz-Zəvahiri ilə bağlı sövdələşibmi?
Əymən Əz-Zəvahirinin qətli ilə bağlı mühüm məsələlərdən biri onun harada olduğunun necə aşkar olunmasıdır. Amerikalıların bu barədə heç bir təfərrüat dərc etmədiklərini nəzərə alsaq, iki ehtimal irəli sürülür:
1- Amerikalılar Əz-Zəvahiri haqqında Pakistan və Tacikistan kəşfiyyat orqanlarının və ya onların Əfqanıstandakı casuslarının köməyi ilə məlumat əldə ediblər.
2- Taliban Əz-Zəvahirinin məlumatlarını sövdələşmə yolu ilə ABŞ-a satıb.

Əz-Zəvahirinin öldürülməsindən sonra Taliban hökumətinin mərkəzi bankı bu banka “Əfqanıstan xalqına humanitar yardım” adı altında 40 milyon dollarlıq nağd pul paketinin çatdırıldığını açıqlayıb. Bundan əvvəl, İyulun 25-də Talibanın xarici işlər naziri Moləvi Əmir Xan Muttəqi Daşkənd görüşü zamanı ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə Əfqanıstanın qızıl ehtiyatlarının sərbəst buraxılması və humanitar yardımı müzakirə etmişdir. Bu iki xəbər Talibanın Əz-Zəvahiriyə xəyanəti ilə bağlı fərziyyələri gücləndirir. Əvvəlki məqalələrdə qeyd olunduğu kimi, Taliban ardıcıl və yığcam təşkilat deyil və müxtəlif meyl və düşüncələrə malik yerli şuralardan və silahlı qruplardan ibarətdir. Ona görə də biz bir daha Talibanın strukturunda müxtəlif tendensiyaların olduğunu vurğulayırıq və bu əsasda təşkilatda daxili qarşıdurmaların yaranması ehtimalını güclü hesab edirik .

Bütövlükdə, Amerikanın son iki onillikdə dağıdıcı fəaliyyətinin davam etməsi ilə Əfqanıstan və hətta Mərkəzi Asiya regionu üçün əlverişli gələcək təsəvvür etmək mümkün deyil. Əfqanıstanın coğrafiyasında müxtəlif etnik mənsubiyyətlər və dinlər yaşayır və hərtərəfli və müstəqil hökumətin olmaması bu bölgəni təhlükəli qara çökəyə çevirib. Belə şəraitlərə nəzarət etmək qonşu dövlətlərin və regional güclərin əməkdaşlığı ilə regional koalisiyanın qurulmasını tələb edir və regional sabitliyin mərkəzi kimi İranın belə bir ittifaqın yaradıcısı və qurucusu olacağı gözlənilir.

Daha çox oxuyun:
Əl-Qaidənin lideri Əymən Əz-Zəvahiri öldürüldü! Bu sui-qəsdin ehtimal olunan nəticələri nə olacaq? + FOTO
Kabil şəhərində partlayış; Amerika dronlarının İŞİD-ə hücumu, yoxsa Pakistanın Təhrik-e-Talibana hücumu?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir