Qəzzada atəşkəs; Dörd günlük müharibənin sonu!

Bazar ertəsi 8 Avqust 2022 - 23:38
https://az.iswnews.com/?p=11423

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqaviməti ilə sionist rejim arasında 4 günlük müharibədən sonra Misirin vasitəçiliyi ilə tərəflər arasında atəşkəs həyata keçirilib.

Avqustun 7-də Misir Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli rəsmilərindən biri Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds komandirləri ilə atəşkəs razılaşması ilə bağlı məsləhətləşmələr aparmaq üçün Qəzzaya gəlib. Bir neçə saat sonra yerli mənbələr Qəzzada atəşkəs razılaşmasının rəsmi olaraq Fələstin vaxtı ilə saat 23:30-da başlayacağını bildirib.

Tərəflər arasında atışma razılaşmanın icrasına bir neçə dəqiqə qalmışa qədər davam etsə də, nəhayət, bu razılaşma müəyyən olunmuş vaxtda həyata keçirilib. Bildirilir ki, İslami Cihadın lideri Şeyx Bəssam Əs-Səədi və Xəlil Avadənin azadlığa buraxılması, Qəzza zolağının bütün keçidlərinin açılması, bazar ertəsi (8 avqust) Qəzzaya yanacağın tədarükünün bərpası və Qəzzanın blokadasının azalması bu razılaşmanın müddəaları arasındadır.

Bununla əlaqədar olaraq, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə Qəzza zolağında atəşkəsin elan edilməsindən sonra Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, sionist düşmən müqavimətin təzyiqi altındadır və biz onları buna məcbur etdik. Bu rejim məhbuslar Xəlil Avadənin və Şeyx Bəssam Əs-Səədinin azadlığa buraxmalıdır. İşğalçı düşmən bizə heç bir şərt qoya bilmədi.
Ən-Nəxxalə xəbərdarlıq edib ki, əgər düşmən bu şərtlərə əməl etməsə, biz razılaşmanı etibarsız sayıb düşmənlə döyüşü bərpa edəcəyik.

Qeyd edək ki, İordan çayının qərb sahilində İslami Cihad hərəkatının rəhbərlərindən olan Şeyx Bəssam Əs-Səədinin həbsindən sonra bu hərəkat ilə sionist rejim arasında gərginlik artıb və nəhayət avqustun 5-də sionist rejim hücuma keçib və Qəzza zolağındakı əraziləri hədəf alıb və Sərayəl-Qüdsün yüksək rütbəli komandirlərindən birinin şəhid olması ilə başlayıb və 7 avqustun son saatlarına qədər davam edib.

Sionist rejim Fələstin müqaviməti ilə 4 gün davam edən döyüşlərdə müqavimətin iki yüksək səviyyəli komandirini və İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün bir neçə üzvünü hədəfə alaraq hava hücumları ilə onları şəhid edib. Bu, İsrailin fələstinlilərlə müharibəyə əvvəlcədən müəyyən edilmiş planla girdiyini və əslində bu rejimin məqsədlərinə çatdıqdan sonra Fələstin İslami müqavimətinin kiçik bir təzyiqi ilə atəşkəsi tez bir zamanda qəbul etdiyini göstərir.

Daha çox oxuyun:
Sionistlərin Cənin düşərgəsinə hücumu; İslami Cihad Hərəkatının yüksək rütbəli komandiri həbs edilib + VİDEO və FOTO
Fələstin müqaviməti ilə sionist rejim arasında toqquşmaların son xəbərləri, 5 Avqust 2022
İsrail ordusunun Qəzzaya hücumunda İslami Cihad komandirlərindən biri şəhid olub + FOTO və VİDEO
Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin ikinci gününün xəbərləri, 6 Avqust 2022
Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin üçüncü gününün xəbərləri, 7 Avqust 2022
İsrailin Qəzzaya hava hücumunda ikinci yüksək rütbəli İslami Cihad komandiri şəhid olub + FOTO
Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin dördüncü gününün xəbərləri, 8 Avqust 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir