İraqın şimalında türkiyəli əsgər həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.
Avqustun 6-da “Reşat Ergin” adlı türk əsgərlərindən birinin ölüm xəbəri yayılıb. O, PKK silahlılarının İraqın şimalındakı türk hərbi bazalarından birinə hücumu nəticəsində yaralanıb və xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 46 nəfərə yüksəlib.
Həmçinin iyulun 31-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqlamışdır.
Daha çox oxuyun:
İraqın şimalında bir türk əsgəri həlak oldu
Rəy