Fələstin müqaviməti ilə sionist rejimi arasındakı müharibənin ikinci gününün xəbərləri, 6 Avqust 2022

Şənbə 6 Avqust 2022 - 23:16
https://az.iswnews.com/?p=11224

Fələstin müqavimət dəstələri ilə sionist rejim arasındakı toqquşmalarla bağlı son xəbərləri anba-an izləyin.

00:28 – Qəzza ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalı çalındı.

01:00 – Fələstinin müqavimət dəstələrinin Qəzza ətrafındakı sionist bölgələrinə raket hücumları davam edir.

01:33 – Sionist rejim ordusunun Qəzza zolağında İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsun hədəf və mövqelərinə qarşı hücumları davam edir.

02:16 – Sionistlərin Sderot qəsəbəsində həyəcan siqnalı çalındı.

02:19 – Qəzza zolağının şimalında yerləşən əl-Baravi bölgəsində əkinçilik sahələri İsrail ordusunun hədəfinə çevrildi.

02:20 – İşğal altında olan Aşkelon şəhərində həyəcan siqnalı çalınıb.

02:22 – İsrail ordusunun dronlalrı Qəzza zolağının şimalında yerləşən Beyt Lahia bölgəsində kənd təsərrüfatı ərazilərinə hücum edib.

03:17 – Sionist rejim dronlarının Qəzza zolağının müxtəlif əraziləri üzərində uçuşu.

03:19 – Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds sionist rejim ordusunun Qəzza zolağına hücumlarına cavab olaraq işğal olunmuş ərazilərə doğru bir neçə raket atıb.

04:44 – İsrail dronları Xan Yunisin qərbində Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsə məxsus Fəcr bazasını hədəfə alıb.

07:59 – Fələstin müqavimətinin raket hücumları səbəbindən Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalı çalınıb.

08:31 – Qəzza zolağından sionist yaşayış məntəqələrinə doğru bir neçə raket atılıb.

09:04 – Qəzzə ətrafında yerləşən Sderot və Niram sionist qəsəbələrində həyəcan siqnalı çalındı.

09:12 – Qəzza ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalı çalınıb.

09:19 – Sionist rejim ordusunun qırıcıları hücumlarının davamı olaraq bu səhər Qəzzə zolağının şimalında bir neçə bölgəni hədəfə alıblar.

09:35 – Sionist rejimin Qəzza zolağına cinayətkarcasına etdiyi hücumda şəhid olanların şəkli
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejimin Qəzza zolağına hücumu nəticəsində şəhid olanların sayı 10-a və 79 yaralıya çatıb.

09:40 – Sionist rejim aviasiyası bir neçə dəqiqə əvvəl Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki kənd təsərrüfatı sahələrini hədəfə alıb.

09:50 – İbrani mənbələrinə görə, Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumları nəticəsində 8 sionist yaralanıb və onlardan 5-i Assuta və Brasiliya xəstəxanalarına yerləşdirilib.

10:08 – Sionist ordusu Qəzza zolağında İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsun mövqelərinə hücumunun videosunu yayımlayıb.
İvrit medialarının məlumatına görə, Qəzzaya qarşı hərbi əməliyyat başlayandan bəri İsrail ordusu bu ərazidə İslami Cihad hərəkatına aid 30 hədəfə hücum edib.

10:40 – İsrail ordusunun qırıcıları Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyanın şimalında İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds bazalarından birini hədəfə alıb.

11:32 – Sionist rejim bu gün səhər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində İslami Cihad hərəkatının 19 üzvü və fəalını həbs edib.

11:55 – Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün şimal bölgəsinin komandiri, “Əbu Mahmud” ləqəbli şəhid “Təysir əl-Cəəbəri”nin görüntüləri.
2019-cu ildə şəhid “Bəhaa Əbül-Əta”nın şəhadətindən sonra Sərayəl-Qüds raket bölməsinin komandirləri və yüksək vəzifəli şəxsləri tərəfindən onun yerinə seçilmişdir və Fələstin müqaviməti raketlərinin nəzarətçilərindən biri olub. Şəhid Əbu Mahmuddan paylaşılan şəkillərdə onun şəhid Əbul-Ətanın yaxın qohumu olduğu göstərilir.

13:40 – Fələstin müqavimət dəstələrinin Qəzza ətrafındakı sionist bölgələrə raket hücumları davam edir.

13:52 – Fələstin müqavimət dəstələri bir neçə dəqiqə əvvəl işğal altındakı Əsqəlan şəhərinə doğru bir neçə raket atıb. İndi bu şəhərdə həyəcan siqnalı çalındı.

14:05 – Qəzza zolağında şəhid və yaralıların son statistikası:
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejimin Qəzzə zolağına hücumu nəticəsində şəhid olanların sayı 12 şəhid və 84 yaralıya çatıb.

14:23 – İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün son saatlarda Təl-Əviv, Ben Qurion hava limanı, Aşdod, Beerşeba, Aşkelon, Netifot və Sderot şəhərlərinə ən azı 60 raket atdığı elan olub.

14:40 – Fələstin müqavimət dəstələri Qəzza ətrafındakı sionist bölgələrə doğru bir neçə raket atıblar.

14:45 – İsrail ordusu Qəzza zolağının şərqində Fələstin müqavimətinin müşahidə qülləsinə hücumun videosunu yayıb.

15:08 – Hal-hazırda; Qəzza ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan siqnalı çalınır.

16:15 – Təl-Əvivdə “Yuventus” – “Atletiko Madrid” yoldaşlıq oyunu ləğv edildi
Sionist Ordu Radiosu Fələstin müqaviməti ilə toqquşmaların davam etməsi səbəbindən Təl-Əvivdə “Yuventus” və “Atletiko Madrid” komandalarının yoldaşlıq oyununun ləğv edildiyini elan edib. Bu oyun sabah Təl-Əvivdəki Bloomfield Stadiumunda keçirilməli idi.

16:32 – Qəzza şəhərində bir ev İsrail dronları tərəfindən hücuma məruz qalıb. Bu hadisə nəticəsində ölən olmayıb.

16:45 – Bir neçə dəqiqə əvvəl İsrail qırıcıları Qəzza zolağının cənubunda yerləşən Xan Yunisin şərqindəki kənd təsərrüfatı sahələrini hədəf alıb.

17:14 – Qəzza zolağında şəhid və yaralıların son statistikası:
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, sionist rejim ordusunun Qəzza zolağına hücumu nəticəsində şəhid olanların sayı 15 şəhid və 125 yaralıya çatıb.

18:05 – Sionist ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarının vurduğu ziyanları əks etdirən şəkillər

19:33 – Fələstin müqavimətinin raket hücumlarına görə işğal olunmuş ərazilərdə həyəcan siqnalı çalınır.

19:35 – İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds Təl-Əviv, Aşdod, Aşkelon və Sdiruta kütləvi raket hücumu təşkil etdiyini açıqlayıb.

19:48 – Fələstin müqavimət raketlərindən biri işğal altındakı Əsqəlan şəhərinə düşüb.

20:29 – İbrani mənbələrinə görə, Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumları nəticəsində 21 əsgər və sionist mühacir yaralanıb.

21:33 – İbrani mediaları iddia edib ki, dünəndən bəri Qəzzadan işğal olunmuş ərazilərə doğru 400-dən çox raket atılıb.

23:30 – Sionist ordunun qırıcıları Qəzza zolağının şimalında yerləşən Cəbaliya düşərgəsindəki Əql məscidinin həyətini bombalayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir