Həccənin şimalında baş verən son hadisələr, 11 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Ənsarullahın Həccə əyalətinin şimalındakı Hərəz şəhərinin mühasirəsini yarmaq üçün etdiyi hücumları Səudiyyə koalisiyası dəf edib.
Həccənin şimal cəbhəsindən verilən son xəbərlərə görə, Səudiyyə koalisiyası Ənsarullahın dünənki hücumlarını dəf edərək Hərəz şəhərini yenidən mühasirəyə almağa nail olub. Hazırda Əl-Məhsam bazası və Əl-Huslah, Əl-Avcara və Əl-Raha kəndləri Səudiyyə koalisiyasının nəzarəti altındadır, Əl-Məhsam Əl-Əsfal və Cəbəl Əl-Hasnain kəndlərində toqquşmalar gedir.
Həmçinin Səudiyyə koalisiya qüvvələri bu gün səhər saatlarından etibarən Hərəzin şimal-şərq istiqamətində hücumlarını gücləndirərək, Əl-Həssam kəndini keçərək qarşıdurmaları Hərəz vadisinə çatdırıblar.
Hərəz şəhərinin cənub və qərb ətraflarında xətlər dəyişməyib və Ənsarullah müqavimət göstərməkdə davam edir.
Səudiyyə koalisiyasının qırıcı təyyarələri münaqişə başlayandan bəri Hərəzi 75 dəfə bombalayıb. Ənsarullahın son 24 saat ərzində cəbhə xəttinə dəstək məqsədilə raket və dron əməliyyatları ilə bağlı konkret planı olmayıb.
Bəzi yerli mənbələr Ənsarullahın Həccə əyalətinin şimal bölgələrini geri almaq üçün səfərbər olunduğunu və əməliyyata hazırlaşdığını bildirib. Ənsarullah Hərəzin mühasirəsini yarmaq və Həccə əyalətinin digər şimal rayonlarını, o cümlədən: Hiran, Ahim üçbucağı, Əl-Məzrəq yolu və onun ətraflarını geri almaq üçün ciddi addımlar atmasa, Hərəzin süqutu qaçılmaz olacaq.
Daha çox oxuyun:
Həccə vilayətinin şimalında baş verən son hadisələr, 10 Fevral 2022
Yəməndə baş verən son hadisələr, 8 Fevral 2022
Rəy