Qarabağ bölgəsindəki son münaqişənin səbəbləri və təfərrüatları
Erməni əsgərlərinin əsir götürülməsi
Azərbaycan hərbçilərinin yayımladığı şəkillərə görə, Qoris-Laçın-Şuşa yoluna baxan Qara Qaz və Sarı Baba yüksəkliklərində 6 erməni əsgəri əsir götürülüb.
Erməni tərəfdən azı 6-8 nəfərin öldürüldüyü də bildirilir ki, bu hələ rəsmi təsdiqini tapmayıb.
Təmas xəttlərinə qoşunların göndərilməsi davam edir
Azərbaycan daxilindəki cəbhə mənbələri bildirir ki, Ermənistan sərhədlərinə qoşunların göndərilməsi davam edir.
Azərbaycanın Zəngilan və Ermənistanın Syunik sərhəddində üç gün bundan əvvəl baş verən münaqişə heç bir nəticə verməyib və Ermənistan ordusu birləşmələrini gücləndirməklə yanaşı, özünü yaxşı müdafiə edə bilib. Azərbaycan çoxlu sayda piyada və əsasən yeni təlim keçmiş əsgərlərlə hücuma keçərək bəzi nöqtələri tutmağa çalışdı.
Bəzi Azərbaycan əsgərlərinin imtinası
Bu ərazidən gələn bəzi məlumatlara görə, bu yaxınlarda hərbi hazırlığı başa vuran piyada hissələrinin bir sıra əsgərləri əmrə zidd olaraq döyüşməkdən imtina ediblər. Həmçinin Azərbaycan ordusu münaqişə xətlərini yarmaq və sızmaq üçün xüsusi təyinatlıları Zəngilana göndərib.
Laçın dəhlizinə hücum əməliyyatı zamanı şəhid olan 18 yaşlı əsgər Anar Kazımovun cənazəsi Şəmkir rayonunun Qaracəmirli kəndində ailəsinə təhvil verilib. O bu yaxınlarda orduya çağırılan əsgərlər arasında olmuşdur.
Qondarma Dağlıq Qarabağda Rusiyaya etimadsızlıq
Qondarma Dağlıq Qarabağda yaşayan bir qrup erməni millətçi vətəndaşı həmin bölgə siyasətçilərini Rusiyaya güvəndiklərinə görə tənqid edərək, xalqın (həmin ermənilərin) Azərbaycan ordusu ilə vuruşmaq üçün silahla təchiz olunmasını tələb ediblər. Bu insanlar Rusiyanın Azərbaycan dronlarının hücumlarının qarşısını ala bilməməsindən son dərəcə narazıdırlar.
Qondarma Dağlıq Qarabağın erməni vətəndaşlarının ümumi səfərbərliyi
Dağlıq Qarabağın (de-fakto) hökumətinin prezidenti Araik Harutunyan vətəndaşların qeyri-müəyyən ümumi səfərbər edilməsi haqqında sərəncam imzalayıb.
İran qoşunlarının Araz çayı sərhədinə göndərilməsi ilə bağlı təsdiqlənməmiş xəbərlər
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə bağlı Sputnik İnformasiya Agentliyinin Azərbaycan bölməsi Chieftain tanklarının göndərilməsini əks etdirən görüntülər yayımlayıb. Bu xəbər agentliyi Azərbaycanın münaqişə və hücumundan sonra İran İslam Respublikasının Azərbaycan və Ermənistan sərhədinə hərbi qüvvələr göndərdiyini iddia edib. Azərbaycan mediaları da belə bir iddianı təkrarlayıblar.
İran İslam Respublikasının Bakıdakı səfirinin köməkçisi Araz çayı boyunca Azərbaycan sərhədlərinə hərbi qüvvələrin göndərilməsini təkzib edib. O bildirib ki, sosial şəbəkələrdə SEPAH-a aid edilən görüntülər saxtadır və istənilən məlumat yalnız rəsmi sözçülər vasitəsilə verilir.
Ermənistan hücumları dayandırmaq üçün dünya güclərinin müdaxiləsini tələb edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan hökumətini 2020-ci il atəşkəs sazişinin müddəalarını birtərəfli şəkildə şərh etməkdə ittiham edərək, Minsk Qrupu və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müdaxiləsini tələb edib.
Azərbaycanın qüvvə toplamaqdan məqsədi nədir?
Azərbaycan hakimiyyətinin xaricdə yaşayan müxalifətçilərindən olan Tural Sadıqlı əsgərlərin ölümünü tənqid edərək deyib: İlham Əliyev kamera qarşısındakı jestləri ilə insanları aldadan adamdır. O, münafiqlik edir və müqavilələri gecələr imzalayır və Əliyevin son hərəkətlərinin pərdə-arxası aydın deyil.
Rusiyanın Varqonzo mediası Azərbaycanın Qarabağ bölgəsindəki son hücumunun səbəbi və Ermənistanla sərhəd münaqişəsi ilə bağlı yazıb: Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yaxın vaxtlarda görüşəcəklər və bu münaqişələr Türkiyə prezidentinin xahişi ilə həyata keçirilib.
Bu media İran tərəfinin də rol oynama ehtimalı barədə yazıb: İran münaqişə yerinə yaxın olan ölkədir və Cənubi Qafqaz böhranı qarşısında bu ölkənin imkanlarına laqeyd yanaşmaq olmaz.
Daha çox oxuyun: Ermənistan-Azərbaycan münaqişəsi zonasından son xəbərlər + Xəritə
Rəy