İraqın şimalında bir türk əsgəri həlak oldu

Çərşənbə axşamı 2 Avqust 2022 - 02:19
https://az.iswnews.com/?p=10922

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin öldüyünü açıqlayıb.

İyulun 31-də türk əsgərlərindən birinin ölüm xəbəri yayılıb. Türkiyə ordusu iddia edir ki, bu şəxs arı sancması və kəskin allergiya səbəbindən tibb mərkəzinə aparılıb və tibb işçilərinin səyinə baxmayaraq dünyasını dəyişib. Bu türk əsgərinin ölümü ilə türk ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında itkilərinin sayı 45 nəfərə yüksəlib.

İyulun 29-da Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 5 əsgərinin öldürüldüyünü açıqlamışdır.

Daha çox oxuyun: İraqın şimalında türk əsgəri həlak olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir