Əl-Qəssam taborları tərəfindən əsir götürülmüş iki İsrail əsgərinin şəkli paylaşıldı
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin HƏMAS hərəkatının hərbi qolu “Hökumətiniz yalan danışır” başlığı ilə iki israilli əsirlərin şəklini yayımlayıb.
İyulun 31-də Fələstin HƏMAS hərəkatının hərbi qolu olan Əl-Qəssam taborları, əsir götürülmüş iki İsrail əsgəri olan “Hadar Golden” və “Şaul Aron”un şəklini “Hökumətiniz yalan danışır” başlığı ilə yayımlayıb. Bu, Əl-Qəssam taborlarının sözçüsü Əbu Ubeydənin yaxın gələcəkdə bununla bağlı bir mesaj dərc edəcəyi bir vaxtda baş verdi.
Qeyd edək ki, dünən “Hadar Golden”nin əsirliyinin səkkizinci ildönümüdür. 01/08/2014 tarixində 51 günlük müharibə zamanı bir neçə İsrail əsgəri Qəzza zolağının iki kilometr dərinliyinə daxil olmuş və Fələstin müqavimət qüvvələri ilə vuruşmuşdular. Bu qarşıdurma nəticəsində iki İsrail əsgəri “Benyah” və “Lail” öldürülmüş, “Hadar Golden” isə Əl-Qəssam taborları qüvvələri tərəfindən əsir götürülmüşdür.
Bu israilli məhbusdan başqa Əl-Qəssam taborları 2014-cü ildə İsrailin Qəzzəyə hücumundan sonra “Abraham Mengesto”, “Hişam Əl-Seyyid” və “Şaul Aron” adlı daha üç sionist əsgəri əsir götürmüşdür. Bir müddət əvvəl Əl-Qəssam taborları “Hişam Əl-Seyyid”in oksigen kapsulunun köməyi ilə nəfəs alması ilə bağlı qısa bir video yayımlamışdır.
Daha çox oxuyun: Fələstində baş verən son hadisələr, 29 İyun 2022
Rəy