Əfqanıstan və Pakistanda baş verən son hadisələr, 10 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Pakistanlı və orada olan Taliban bu yaxınlarda beş pakistanlı əsgərin ölümü ilə nəticələnən Pakistan sərhədçisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
1- Pəncşir:
- Fevralın 7-də Talibanın kəşfiyyat direktoru və müdafiə nazirinin müavini Molla Əbdül Haq Vasiq Pəncşir vilayətində din alimləri və məşhur ağsaqqallarla görüşüb.
- Fevralın 7-də Talibana aid zirehli maşın Bazarək şəhərinin Parandeh məhəlləsində yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində məhv edilib, orada olanların hamısı ölüb və yaralanıb.
- Fevralın 7-də Taliban qüvvələri Bazarək şəhərində yerləşən Parandeh dərəsini mühasirəyə alıb və ərazidə bir neçə mülki şəxsi həbs edib.
2- Kabil:
- Fevralın 6-da Taliban Müdafiə Nazirliyi Əfqanıstandan qaçan beş keçmiş hökumət ordusunun pilotunun Talibanla koordinasiyalı şəkildə ölkəyə qayıtdığını açıqladı.
- Fevralın 8-də 17-ci mikrorayonda yerələşən Xeyrxanə məhəlləsində Talibana aid zirehli maşın maqnit bombası ilə hədəfə alındı və çoxlu sayda Taliban qüvvələri öldürüldü və yaralandı.
3- Bəlx:
Fevralın 9-da Taliban kəşfiyyat qüvvələri Hayratan sərhəd keçid məntəqəsində iki İŞİD üzvünü həbs edib. Onlar Britaniya pasportu, 10.000 nağd pound və gecəgörmə eynəkləri daşıyırlarmış.
4- Nimruz:
Fevralın 7-də Taliban “Cavad Qorbani” adlı iranlı həkimi Zərənc şəhərinin ikinci mikrorayonunda insan qaçaq-malçılıqla məşğul olanların əlindən azad edib.
5- Bədəxşan:
Fevralın 7-də Feyzabad şəhərinin dördüncü mikrorayonunun qubernatoru “Qari Əbu Bəkr” əl qumbarasının partlaması nəticəsində həlak oldu. Hücum nəticəsində insan tələfatı olmayıb.
6- Ləğman:
Fevralın 10-da ötən illərdən qalan bombanın partlaması nəticəsində bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.
7- Nənqərhar:
Fevralın 9-da İŞİD əməliyyatçıları Kame qəsəbəsində Taliban silahlısını qətlə yetiriblər.
8- Pakistan:
Fevralın 6-da Pakistanlı və orada olan Taliban, bu yaxınlarda beş pakistanlı əsgərin ölümü ilə nəticələnən Xeybər-Paxtunxəva əyalətinin Xorram bölgəsində yerləşən sərhəd keçid məntəqəsində olan Pakistan sərhədçilərinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Rəy