Suriyada İranlı beş hərəm müdafiəçisi şəhidinin pak cəsədi müəyyən edilib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyada İranın Mazandaran, Fars və Əlborz əyalətlərindən olan 5 hərəm müdafiəçisinin cənazəsi ilə bağlı şəxsiyyətləri müəyyən edilərək təsdiqlənib.
Bu gün iyulun 31-də İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi Xan Tumanda beş hərəm müdafiəçisi şəhidinin cənazəsinin şəxsiyyətinin müəyyən edilməsi və təsdiqlənməsi ilə bağlı məlumat verib.
Bu elanın mətni belədir:
Allahın adı ilə
Məhərrəm ayının gəlişi və şəhidlərin seyyidi və rəhbəri Həzrət Əba Əbdillah Əl-Hüseyn (əleyhissalam) üçün matəm günləri münasibətilə başsağlığı verərək, İslam dünyasının şəhidsevər və Aşura əhlinin nəzərinə çatdırılır:
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qolunun keçmiş şəhid komandiri əziz Hacı Qasim Süleymaninin Suriyanın Xan Tuman və cənub məntəqələrində itkin düşmüş hərbçilərin xüsusi təqibi ilə bağlı verdiyi fərmana uyğun olaraq, Allahın köməyi və davamlı gecə-gündüz səyləri ilə İstintaq qrupunun, Mazandaran, Əlborz və Fars vilayətlərindən Sərdar Şəhid “Abdullah Eskəndəri”, Şəhid Sərdar “Rəhim Kabuli”, Şəhid “Mustafa Taş Musa”, şəhid “Məhəmməd Əmin Kərimian” və Şəhid “Abbas Asemie” adları ilə hərəm müdafiəçisi olan beş şəhidin pak cəsədlərinin kimliyi, İslam İnqilabı Keşikçiləri Korpusunun Genetika Mərkəzində DNT nümunələri uyğunlaşdırılaraq müəyyən edilərək təsdiq edilib. Bu yüksək rütbəli şəhidlərin pak cəsədləri İran İslam Respublikasına qayıdıb.
SEPAH-ın ümumi ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu yüksək rütbəli şəhidlərin müqəddəs cənazələri İmam Rza əleyhissalamın hərəmini ziyarət etmək üçün Məşhəd şəhərinə göndəriləcək və müqəddəs Həzrəti ziyarət etdikdən sonra Korona ilə mübarizə üçün milli komitənin nəzarəti altında hər biri öz dıyarına göndərilərək orada torpağa tapşırılacaqlar. Şəhidlərlə vida mərasimləri, dəfn mərasimi və müqəddəs cənazələrinin dəfni barədə daha sonra məlumat veriləcək.
Rəy