İraqın şimalında türk əsgəri həlak olub
        Şənbə 30 İyul 2022 - 17:54    
        
                https://az.iswnews.com/?p=10795
                
            
         
                    “İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin həlak olduğunu açıqlayıb.
İyulun 29-da “Batuhan Şimşek” adlı türk əsgərinin ölüm xəbəri yayılıb. Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında verdiyi itkilərin sayı 44 nəfərə yüksəldi.
İyulun 25-də Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 5 əsgərinin öldürüldüyünü açıqlamışdır.
Daha çox oxuyun: İraqın şimalında 5 türk hərbiçisi həlak oldu

 
                             
                             
                            
Rəy