Suriyada baş verən son hadisələr, 29 İyul 2022

Cümə 29 İyul 2022 - 14:43
https://az.iswnews.com/?p=10774

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Ordusunun Baş Komandanlığı Suriyanın qəhrəman ordusu qüvvələrinin Türkiyə və onun dəstəklədiyi terrorçuların Suriya ərazisinə mümkün hər hansı təcavüzü ilə mübarizəyə hazır olduğunu açıqlayıb.

1- Hələb:

– İyulun 27-də Türkiyənin dəstəklədiyi terrorçular Təl-Rəəfət şəhərində Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini artilleriya hücumu ilə hədəfə alıb.

– İyulun 27-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfər Təal kəndindəki terrorçuların mövqelərini artilleriya zərbələri ilə hədəfə alıb.

– İyulun 27-də Təl Rəəfətin ətrafındakı Mənəğ hərbi hava limanı Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.

– İyulun 26-da Türkiyənin dəstəklədiyi terrorçular Hələbin qərbində yerləşən Cəmiyyətul-Əmin bölgəsində Suriya ordusunun mövqelərini raket zərbələri ilə hədəfə alıblar.

– İyulun 26-da “Afrin Azadlıq” qruplaşması Hələbin şimalında yerləşən Əzaz şəhərinin cənubunda, Kəlcəbrin bölgəsində Türkiyə ordusunun bazasını artilleriya hücumu ilə hədəfə alıb. Bu hücum nəticəsində iki türk ordusunun əsgəri yaralanıb və aldığı xəsarətlərin ağırlığı səbəbindən tibb mərkəzinə yerləşdirildikdən sonra dünyasını dəyişib.

Daha çox oxuyun: Suriyanın şimalında iki türk əsgəri həlak olub + FOTO və VİDEO

2- İdlib:

– İyulun 28-də İdlibin cənubundakı Əlbara-Balyun yolunda Suriya ordusunun artilleriya hücumu nəticəsində Türkiyə ordusunun hərbi karvanı hədəfə alınıb. Bu hadisə nəticəsində ölən olmayıb.

– İyulun 28-də İdlibin cənubunda yerləşən Kəfərəvid kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

– İyulun 27-də Suriya ordusu qüvvələri İdlibin cənubunda Deyrsünbül-Farqiya yolunda terrorçulara məxsus avtomobili idarə olunan raketlə hədəfə alıb.

– İyulun 26-da İdlibin cənubunda yerləşən Hərəş Bənin məntəqəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.

– İyulun 26-da əl-Futeyra, Deyr Sünbül, Bənin və Kansafra bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:

– İyulun 27-də Sənəmeyn şəhərində terrorçu qüvvələrin iki keçmiş üzvü naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

– İyulun 25-də terrorçu qüvvələrin keçmiş üzvlərindən biri Dəraa əyalətinin Mozirib şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-Zor:

– İyulun 26-da səhər saatlarında Amerika koalisiya qüvvələri hava qüvvələrinin dəstəyi ilə Əl-Şəhil şəhərində patrul əməliyyatına başlayıb.

– İyulun 26-da İŞİD terror qruplaşması Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Subhə bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə hücumun məsuliyyətini öz üzərinə götürüb.

5- Raqqa:

– İyulun 28-də Türkiyənin dəstəklədiyi terrorçuların Eyn İsa şəhərinin ətrafına artilleriya hücumu nəticəsində Suriya Demokratik Qüvvələrindən (SDQ) biri ölüb, üçü isə yaralanıb.

– İyulun 28-də Türkiyə ordusunun dronları Raqqanın şimalındakı Təll-Səmən bölgəsində kürd silahlılarına məxsus avtomobilə hücum edib, nəticədə 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

– İyulun 28-də naməlum silahlı ünsürlərin Mədan şəhərinin ətrafına hücumu nəticəsində Suriya ordusunun hərbçilərindən biri şəhid olub, bir neçə nəfər yaralanıb.

6- Həsəkə:

– İyulun 27-də Amerika hərbi karvanı Amerika koalisiyasının Əl-Şəddadi şəhərindəki bazasına daxil olub.

– İyulun 28-də Əbu Rasin bölgəsinə Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü həlak olub.

7- Suveyda:

– İyulun 26-da “Ricalul-Kəramə” adlı silahlı qrup Suriyanın Suveyda əyalətinin şimalında yerləşən Atil qəsəbəsində təhlükəsizlik qüvvələrinin qərargahına hücum edib və bir neçə saatlıq qarşıdurmadan sonra bu qərargahı ələ keçirməyə nail olub.

Daha çox oxuyun: Suveyda cəbhəsində baş verən son hadisələr, 27 İyul 2022

8- Latakiya:

İyulun 28-də Suriya ordusunun artilleriya hücumu ilə Cəbəl ət-Türkmandakı terrorçuların mövqeləri hədəfə alınıb.

9- Homs:

İyulun 28-də Ceyşu-Məğaviris-Səvrə (Ceyşul-Hurr terrorçularına bağlı qruplardan biri) qüvvələri ABŞ-la birgə Ət-Tənf bölgəsində hərbi təlim keçirib.

10- İyulun 27-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə hər an Suriyada hərbi əməliyyatlara başlaya bilər.

11- İyulun 27-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun budağı əməliyyat bölgələrində 25 kürd silahlısının öldürüldüyünü açıqlayıb.

12- İyulun 27-də Suriya Ordusunun Baş Komandanlığı elan edib ki, Suriyanın qəhrəman ordusu qüvvələri Türkiyə və onun dəstəklədiyi terrorçuların Suriya ərazisinə mümkün hər hansı təcavüzü ilə mübarizəyə hazırdır.

13- İyulun 28-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəsi 10 dəfə pozub, onlardan 1-i Latakiya vilayəti, 4-ü İdlib əyaləti, 6-sı isə Hələb vilayətində baş verib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir