Məqalə: Suveyda əyalətində artan iğtişaşların səbəbləri
Suriyanın cənubunda, xüsusilə də Suveyda vilayətində son aylarda iğtişaşlar və təhlükəsizliyi pozan hərəkətlər müşahidə olunub ki, bu da heç bir tədbir görülməsə, gələcəkdə Suriya hökuməti üçün böyük problemlər yarada bilər.
Ötən aylarda və Suriya rəsmilərinin fəaliyyət və idarəetmə qərarlarına, bəzi problem və çatışmazlıqların mövcudluğuna etiraz olaraq Suveyda vilayətində nümayiş təşkil edildikdən dərhal sonra İsrail bu əyalətdə bəzi ünsürləri cəlb etməyə çalışdı və xalq etirazlarını iğtişaşlara sürükləmək istədi, lakin Suriya təhlükəsizlik qüvvələri və müttəfiqlərinin köməyi ilə bu aksiya uğursuzluğa düçar oldu və bu etirazlar zamanı sionist rejimlə əlaqəli bir neçə ünsür həbs olundu.
Təqsirləndirilən şəxslərin dindirilməsi ilə məlum olub ki, İsrail bu əyalətdə xaos yaratmaq istəyir və nümayişlərdə insanların öldürülməsi layihəsini həyata keçirərək Suriya təhlükəsizlik qüvvələrini etirazçıları öldürməkdə ittiham etməyi planlaşdırır. Daha sonra media gücündən istifadə edərək, insanların emosiyalarını qızışdıraraq, etiraz aksiyalarının sayını artırıb və Suriyanın cənubunda əsas iğtişaşlara səbəb olsun. Bu səbəbdən Suriya təhlükəsizlik qüvvələri nümayişlərə qatılmaqla qətl layihəsinin həyata keçirilə biləcəyini və dinc insanların həlak olacağını düşünərək aksiyaların əksəriyyətinə qatılmayıb.
İndi isə mövcud nöqsanları qızışdırmaqla və mediadan istifadə edərək Suriya hökumətinin Suveydadakı zəiflikləri üzərində manevr verməklə müqavimət cəbhəsi düşmənlərinin bu vilayətdə fitnə-fəsadlarının yolu daha hamar olub. Suriya hökumətinə müxalif silahlı qruplar son hərəkətlərində Suriya təhlükəsizlik qüvvələri tərəfindən bəzi mülki vətəndaşları həbs etmək bəhanəsi ilə Suveydada toplanaraq yolları bağlayıblar. Bu hadisədən bir neçə gün sonra silahlı şəxslər Suveyda şəhərinin şimalındakı Atil qəsəbəsində təhlükəsizlik qərargahına hücum edərək onu ələ keçirdilər.
Daha çox oxuyun: Suveyda cəbhəsində baş verən son hadisələr, 27 İyul 2022
Suveydadakı fəal silahlı qrupların son hərəkətlərinə baxış göstərir ki, Suriya düşmənləri Dəraa əyaləti kimi Suveyda əyalətində sabitliyi pozmağa və bu vilayətin təhlükəsizlik faktorunu ciddi şəkildə azaltmağa, həmçinin Suriya ordusu və təhlükəsizliyi üçün yeni etibarsız cəbhə yaratmağa çalışırlar. Dəraa əyaləti ilə birlikdə Suveyda əyalətinin təhlükəsizliyində sabitliyin olmaması Suriyanın paytaxtı Dəməşqin yaxın aylarda və ya illərdə təhlükəsizliyinə ciddi təsir göstərə bilər və bu hadisələr yaxşı idarə olunmazsa, gələcəkdə hökumət üçün böhrana və ciddi təhlükəsizliyə səbəb ola bilər.
Rəy