Suveyda cəbhəsində baş verən son hadisələr, 27 İyul 2022
”İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Ricalul-Kəramə” kimi tanınan silahlı qrup, Suveyda şəhərinin şimalında mülki şəxslərin “Əl-Fəcr Hərəkatı” qüvvələri tərəfindən həbs edilməsinə etiraz olaraq Suriya təhlükəsizlik qüvvələrinin Atil qəsəbəsindəki mövqelərini ələ keçirib.
Son bir neçə saat ərzində Suveyda əyaləti silahlı qüvvələrlə Suriya hökumətinin təhlükəsizlik qüvvələri arasında ən şiddətli toqquşmalardan birinə şahid olub. İyulun 23-də Suriyanın təhlükəsizlik aparatına bağlı qruplardan olan “Əl-Fəcr Hərəkatı”nın qüvvələri Sueyda şəhərinin şimalında yerləşən Şəhba qəsəbəsində 5 mülki vətəndaşı həbs edib. Bu məsələ Suveyda əyalətində daha geniş gərginliyə və silahlı qarşıdurmaya səbəb oldu və Suveyda şəhərinin ətraf bölgələrindən onlarla insan Şəhba qəsəbəsi və onun ətrafında bir neçə yolu bağlamaq üçün toplaşaraq təkərləri yandıraraq bu hərəkətə etiraz etdi.
Bu etirazlar bir neçə gün belə davam etdi və nəhayət iyulun 26-da “Ricalul-Kəramə” adlı silahlı qrup Suriyanın Sueyda əyalətinin şimalında yerləşən Atil qəsəbəsindəki təhlükəsizlik qüvvələrinin qərargahına basqın edərək bir neçə saatdan sonra qərargahı ələ keçirməyə müvəffəq olublar.
İlkin məlumata görə, Suveyda vilayətində baş verən qarşıdurmalar nəticəsində 17 nəfər ölüb, 35 nəfər yaralanıb. “Əl-Fəcr Hərəkatı” qüvvələrinin komandanı Raci Fəlhutun həbsi və ya öldürülməsi ilə bağlı ziddiyyətli xəbərlər dərc olunub, lakin onun taleyi ilə bağlı hələlik etibarlı məlumat yoxdur.
Qeyd edək ki, Suveyda əyalətindəki silahlı qruplaşmalar üç kateqoriyaya bölünür, bu qrupların bir qismi bitərəf, bir hissəsi Bəşər Əsəd hökumətinə qarşı, bir hissəsi isə Bəşər Əsəd hökumətinin tərəfdarları və ona bağlı olan qruplardır. Bu silahlı birləşmələrin əksəriyyətinin fəaliyyəti müxtəlif sahələrdə bir-biri ilə üst-üstə düşür və ötən illərdə müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları ucbatından bir-biri ilə qarşıdurmada olublar.
Son aylarda terrorçu ünsürlərin hərəkətləri və Suveyda əyalətinin əhalisinin etiraz toplantıları nəzərə alınarsa, hər an mümkündür ki, bu vilayətin təhlükəsizliyi indiki səviyyəni keçsin və Suriya hökuməti üçün ciddi təhlükəsizlik böhranına çevrilsin.
Daha çox oxuyun: Cənubda etiraz, şimalda müharibə! (Suriyadakı son dəyişikliklərə baxış)
Rəy