Türkiyə ordusunun Neynəva vilayətinin şimalındakı bazasına raket hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası İraq müqavimət dəstəsinin raket hücumu ilə hədəfə alınıb.
İyulun 27-də səhər saatlarında Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası 5 “Qrad” raketi ilə hədəfə alınıb. Hələlik heç bir dəstə bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin araşdırmalarına görə, bu, cari ilin 21 martından bəri Bəəşiqə hərbi bazasına qarşı on ikinci raket hücumudur.
İyulun 24-də Bəəşiqə hərbi bazası “Sarayə Əvliyaud-Dəm” müqavimət dəstəsinin raket hücumuna məruz qalmışdır.
Daha çox oxuyun:
Şimali İraqda Türkiyə ordusunun bazasına raket hücumu + VİDEO
Rəy