Şimali İraqda Türkiyə ordusunun bazalarına dron hücumu olub + VİDEO

Çərşənbə 27 İyul 2022 - 16:29
https://az.iswnews.com/?p=10701

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun İraqın şimalındakı Baruxe və Siri bölgələrindəki iki hərbi bazası “Sərayə Əbabil” müqavimət dəstəsinin dronları vasitəsi ilə hədəfə alınıb.

İyulun 26-da səhər saatlarında Sarayə Əbabil müqavimət dəstəsi “Murad 6” dronlar ilə İraqın şimalında yerləşən Baruxe və Siri bölgələrində Türkiyə ordusunun iki hərbi bazasına hücum edib. “Sarayə Əbabil” dəstəsi bu hücumun Türkiyə ordusunun Dohuk vilayətinə 31 turistin ölümü və yaralanması ilə nəticələnən artilleriya hücumuna cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Daha çox oxuyun: İraqın şimalındakı turizm bölgəsinə Türkiyənin artilleriya hücumu + VİDEO

Qeyd edək ki, maraqlı məqam bu dəstənin İraqın şimalındakı türk ordusu bazalarına hücumda istifadə etdiyi dronların növüdür. “Murad 6” dronları İran istehsalı olan “Şahid 136” və Yəmənin Ənsarullah hərəkatının istehsal etdiyi “Vəid” dronlarına çox bənzəyir.

Bu, “Sərayə Əbabil” müqavimət dəstəsinin üçüncü rəsmi əməliyyatıdır. Bu dəstə daha əvvəl bu il yanvarın 3-ü və 5-i etdiyi iki əməliyyat zamanı Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktori bazasında amerikalı işğalçıların mövqelərini dron-raket hücumları ilə hədəfə almışdı.

“Sərayə Əbabil” müqavimət dəstəsi tərəfindən yayımlanan video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir