Hizbullah baş katibi: İsrailin sonunu çox yaxın görürəm
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livan Hizbullahının baş katibi bazar ertəsi axşam Hizbullah hərəkatının yaranmasının 40-cı ildönümü münasibətilə əl-Məyadin xəbər şəbəkəsinə müsahibə verib.
Seyid Həsən əvvəlcə Hizbullah müqavimətinin 1985-ci ildə başladığını bildirdi. O zaman sionist düşmən çox sürətlə ələ keçirdiyi bölgələrdən geri çəkilməyə məcbur oldu. O zaman müqavimət təkcə Hizbullahın deyil, şəhidlik əməliyyatları aparan bütün İslami qruplarının nailiyyəti idi. Müqavimətin ikinci mərhələsi 1993-cü ilə qədər ön cəbhə kəndlərində Hizbullahın hərəkətləri ilə başladı.
O vurğuladı ki, düşmən 33 günlük müharibədən sonra müqavimətlə mübarizəni təhlükəli hesab etdi. İsrailin düşməni bilir ki, Livana qarşı istənilən hərəkətə cavab veriləcək. O zaman bizə lazım idi ki, Livan ərazilərinin sionistlər tərəfindən bombalanmasının qarşısını alaq.
Livan Hizbullahının baş katibi Kariş qaz yatağı məsələsinə toxunub və deyib ki, biz onları bu işdən çəkindirməyə qadirik və lazım gələrsə, cavab verəcəyik, müharibəyə səbəb olsa belə. Lakin Avropanın Rusiya neft və qazını əvəz etmək ehtiyacı üzündən Livan tarixi bir fürsətlə üzləşib. Bayden bu bölgəyə neft və qaza görə gəlib. Amma Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlavə nefti də Avropanın ehtiyaclarını həll etməyəcək. Ukrayna ilə Rusiya arasındakı müharibə onları Rusiya neft və qazına alternativ axtarmağa vadar edib. Bayden bölgədə müharibə istəmir. Bu, bizim üçün tarixi və qızıl bir fürsətdirki, neftimizi əldə etməkçün onlara təzyiq edək.
Seyid Həsən bildirib ki, amerikalılar Livanı dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlarla başını qatır, Livan danışıqlarla məşğuldur, lakin İsrail isə quyu qazmaq və qaz axtarışındadır və hazırda onun çıxarılmasına hazırlaşır. İsraillilər hətta qaz çıxarmaq üçün Kariş yatağına gəmi də gətiriblər və belə bir şəraitdə Livan hökuməti Livanın dəniz sərhədlərinin harada yerləşdiyi haqda düşünür?
Nəsrullah dənizdə və ya quruda Müqavimətin ən incə nöqtələri belə vura bilən raketlərinin çata bilməyəcəyi heç bir İsrail hədəfinin olmadığını açıqlayıb. Livan hökuməti vasitəçi amerika dövlətinin 23-cü dəniz xətti ilə bağlı tələblərinə görə bir çox güzəştlər edib. Və münaqişə olmayan ərazidə neft və qaz çıxarmaq olmaz. Hazırda Livan elə bir güzəştlər edibki, düşmən onu rədd etməməlidir.
Hizbullahın baş katibi bəyan edib ki, Livan hökuməti bu ölkəni və onun sərvətlərini qorumaq üçün düzgün qərar qəbul etmək iqtidarında deyil, buna görə də Müqavimət qərar qəbul etmək məcburiyyətindədir. Bizim məqsədimiz Livanın neft və qaz hasil etməsidir, çünki bu, Livanı xilas etməyin yeganə yoludur. Bu atılması zəruri olan bir addımdır. Biz heç bir hiylə ilə barışmayacağıq və haqqımızı geri almalıyıq. Məqsədimiz Livandan neft və qaz çıxarmaq və bu ölkənin dəniz sərhədlərini düzgün müəyyənləşdirməkdir.
Seyid Həsən bildirdi ki, neft məsələsində biz tərəfdən problem yoxdur, əsas problem Livan hökumətidir. Mən Livan hökumətinin razılığı ilə İrandan yanacaq idxal etməyə hazıram. Lakin Livanda heç kim ABŞ-ın onlara qarşı sanksiyalarından qorxduğu üçün buna cürət etmir. Bu gün Rusiya və İran şirkətləri Livanla əməkdaşlığa hazır ola bilər, lakin hökumətin buna cəsarəti çatmır.
Hizbullah dronlarının dəfələrlə işğal olunmuş Fələstinə girdiyini və düşmənin onu vura bilmədiyini bildirərək, Hizbullahın istədiyi effekti əldə etmək üçün düşmənin vura biləcəyi ikinci dərəcəli pilotsuz təyyarəni göndərməyə qərar verdiyini vurğulayıb. Biz İsraili dənizdən və havadan dronlara atəş açmağa məcbur etdik. Ona görə də onu tələyə saldıq. İsrail düşməni üçüncü dronu vura bilmədi. Əgər vəziyyət müharibəyə doğru gedərsə, Livan xalqı müqavimətə etibar etməlidir. Livanla İsrail arasında müharibə başlasa, bunun iki tərəf arasında qalıb-qalmayacağı bəlli deyil. Yəqin ki, başqa ölkələrdə münaqişəyə daxil olacaq.
Seyid Həsən “Salam Ya Mehdi” suruduna istinad edərək müsahibənin davamında bildirib ki, bu surudda iştirak edən nəsil İsraili qorxudur və narahat edir.
Sionist rejimin gələcəyinin olmadığını vurğulayan Nəsrullah, bu səbəbdən onu müvəqəti bir rejim adlandırır və İsrailin sonunun çox yaxın gördüyünü deyib. Bu, proqnoz və ya yuxu deyil, mövcud statistikaya əsaslanır. Görürsünüz, nə qədər israilli ikinci vətəndaşlığa malikdir və ölkədən çıxmağa hazırdır. Beynəlxalq dəyişikliklərdə İsrailin sonunda çox təsirlidir.
O, “Seyf əl-Qüds” əməliyyatı ilə bağlı qeyd etdi ki, bu müharibədə əlimizdə olan bütün məlumatları fələstinlilərin ixtiyarına verdik. Müqavimət cəbhəsi arasında rabitə mövcuddur. İnqilab Keşikçiləri Korpusuda “Seyf əl-Qüds” Müharibəsi zamanı bu birgə əməliyyat cəbhəsində iştirak edirdi.
Rəy