Sionistlərin Nablusa etdikləri basqında iki fələstinli şəhid olub + VİDEO və FOTO

Bazar ertəsi 25 İyul 2022 - 01:44
https://az.iswnews.com/?p=10612

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücumu nəticəsində 2 fələstinli şəhid olub və ən azı 19 nəfər yaralanıb.

İyulun 24-də səhər saatlarında sionist rejim ordusunun bir sıra xüsusi təyinatlıları Nablus şəhərinin köhnə hissəsinə basqın ediblər və bu ərazidə şiddətli qarşıdurma baş verib. Bu qarşıdurma zamanı İsrail əsgərləri bir yaşayış evini mühasirəyə alaraq minaatan mərmiləri ilə hədəfə alıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bugünkü qarşıdurma nəticəsində “Məhəmməd Əl-Əzizi” (22 yaş) və “Əbbud Subh” (29 yaş) adlı iki fələstinli şəhid olub, daha 19 nəfər yaralanıb. İki fələstinli gəncin şəhid olmasının ardınca bu gün Nablusda ümumi matəm elan edilib.

Nablusdan əlavə, İsrail əsgərləri həmçinin Cənində yerləşən Qəbatiyyə qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə toqquşub və bu atışma nəticəsində bir fələstinli gənc sionist əsgərlər tərəfindən güllələnərək yaralanıb.

Nablus şəhərinin köhnə hissəsində toqquşmaların görüntüləri

Sionist rejimin Nablus şəhərinin köhnə hissəsinə hücumunun vurduğu ziyan

Nablus şəhərinin köhnə hissəsindəki qarşıdurmaların videosu (1)

Nablus şəhərinin köhnə hissəsindəki qarşıdurmaların videosu (2)

Şəhid Məhəmməd əl-Əzizi və Şəhid Əbbud Subh

Şəhid Məhəmməd əl-Əzizi və şəhid Əbbud Subhun əza məclislərindən görüntülər

Cənində yerləşən Qəbatiyyə qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında silahlı qarşıdurma (1)

Cənində yerləşən Qəbatiyyə qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında silahlı qarşıdurma (2)

Cənində yerləşən Qəbatiyyə qəsəbəsində Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında silahlı qarşıdurma (3)

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir