Türkiyənin Şimali İraqa hücumuna müxtəlif tərəflərin reaksiyası belə oldu

Cümə 22 İyul 2022 - 12:32
https://az.iswnews.com/?p=10519

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dünən Türkiyə ordusunun Duhuk vilayətinə təşkil etdiyi artilleriya hücumu nəticəsində çox sayda turistin yaralanması və həlak olması İraq qrupları və xarici hökumətlərin geniş reaksiyasına səbəb olub.

İraqın Sədr hərəkatının lideri Seyid Müqtədi əs-Sədr Türkiyənin İraqın yalnız zəif reaksiya göstərəcəyini düşünərək həyasızlığını artırdığını bildirib. O, İraq dövlətinə Türkiyənin hücumlarına cavab olaraq Türkiyə ilə diplomatik əlaqələrin səviyyəsini azaltmağı, Türkiyə ilə İraq arasındakı hava limanlarını və quru keçidlərini bağlamağı, rəsmi kanallar vasitəsilə və ən qısa zamanda Türkiyəni BMT-yə şikayət etməyi və İraq ərazisinə hücum etməməyi öhdəsinə götürənə qədər Türkiyə ilə təhlükəsizlik razılaşmasını ləğv etməyi təklif edib. Müqtəda Sədr İraqın şimal əyalətləri və Kürdüstan bölgəsinin daxildən və xaricdən işğalını dözülməz hesab edib.

İraqın Əsaib Əhlil-Haq hərəkatının lideri Qeys əl-Xəzəli də bu hücumun Türkiyənin İraq ərazisinə növbəti təcavüzkar hücumu olduğunu bildirib. Və dünən şəhid olan günahsız insanların ruhunu, yaralananların qanını işğalçıların və bu aşkar pozuntular qarşısında susanların alnında ləkə kimi səciyyələndirib. O, İraq parlamentindən İraq suverenliyinin pozulması və onun ərazi bütövlüyünün qorunması ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməsini istəyib. Və bu tarixi məsuliyyəti layiqincə daşımağı və qrupların və partiyaların məhdud və əhəmiyyətsiz maraqlarından asılı olmayaraq, böyük İraqın adını, şərəfini və təhlükəsizliyini hər zaman uca tutmağı vurğulayıb.

Türkiyə bazalarına hücum tarixçəsi olan “Əhrar Əl-İraq İslam Müqaviməti Briqadası” təhdidedici bəyanatla çıxış edərək, Türkiyəyə bu cinayətə cavab olaraq bu hücumun səbəbkarlarının qisasını almaq üçün raket və dronlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib.

İraq Şiə Koordinasiya cəmiyyəti Türkiyənin İraqa və vətəndaşlarına törədilən açıq hücumuna qarşı hamını ciddi mövqe nümayiş etdirməyə çağırıb.

Həmçinin İraqın milli hikmət hərəkatının lideri Seyid Əmmar Həkim də Türkiyənin bu hərəkətini pisləyərək deyib, bu cür hallar Bağdadın suverenliyinin pozulması hesab edilir və İraq hökumətinin onun təkrarlanmasının qarşısını almaq üçün diplomatik kanallar vasitəsilə davamlı səylər göstərməsini tələb edir.

İraqın Əl-Fəth Koalisiyasının rəhbəri Hadi Əl-Amiri Türkiyənin dünən İraqın şimalına olan hücumunu şiddətlə pisləyib və Türkiyənin hücumlarına qarşı bu ölkəyə, suverenliyinə və xalqın canına dəstək olmaq üçün milli mövqe nümayiş etdirməyi zəruri hesab edib.

Reaksiyaların davamında Nəcəf Əşrəf və Kərbəladakı qəzəbli İraq vətəndaşları dünən Türkiyə ordusunun Şimali İraqa hücumu səbəbilə bu ölkənin viza vermə mərkəzini bağlayıb. İraq vətəndaşları bu mərkəzləri bağlayarkən Türkiyə bayrağını aşağı endirərək yandırıblar. Bu hərəkətlər İraqda Türkiyə vizalarının verilməsinin dayandırılmasına səbəb olub.

Türkiyənin Şimali İraqa hücumu xarici tərəflərində reaksiyasına səbəb olub. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın İraqın şimalına dünənki hücumunu pislədiyini açıqlayıb.

Həmçinin BMT-nin İraqdakı ofisi İraqın ərazi suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin bu gün Zaxoya hücumu ilə bağlı hərtərəfli araşdırmaya çağırıb.

Türkiyə xarici işlər nazirinin sözlərini İraqın şimalına dünənki hücum barədə verilən ən mühüm və maraqlı reaksiyalardan biri adlandırmaq olar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq hakimiyyətinin türk ordusunun Kürdüstan bölgəsinə hücumu ilə bağlı açıqlamalarını təkzib edib. O, bizə qarşı irəli sürülən ittihamları rədd etdiyimizi və bu hadisənin əsl səbəbkarlarının müəyyən edilməsi üçün İraq hakimiyyəti ilə əməkdaşlığa hazır olduğumuzu bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir