Türkiyə hücumu qurbanlarının cənazələri üçün qarşılanma mərasimi + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın baş naziri ölkənin bir sıra rəsmiləri ilə birlikdə Türkiyə ordusunun Duhuka hücumu zamanı həlak olanların rəsmi qarşılanma mərasimində iştirak edib.
Bir neçə saat əvvəl İraqın baş naziri Mustafa əl-Kazimi Bağdad hava limanında bir sıra İraq rəsmiləri və hərbi komandirləri ilə birlikdə Türkiyə ordusunun Duhuka hücumu zamanı həlak olanların rəsmi qarşılanma mərasimində iştirak edib. İraqın baş naziri bu hücumda həlak olanların ailələri ilə də görüşüb və onlara başsağlığı verib.
Türkiyənin İraqın şimalına hücumu nəticəsində həlak olanların cənazələrinin Bağdad hava limanında qarşılanma mərasimi
Bir neçə saat əvvəl Ərbildə Türkiyə ordusunun Duhuka hücumu zamanı həlak olanların cənazələrinin rəsmi qarşılanma mərasimi Kürdüstan regionunun prezidenti və İraqın xarici işlər nazirinin iştirakı ilə keçirilib.
Xatırladaq ki, ötən gün Türkiyə ordusunun artilleriya bölmələri İraqın Duhuk vilayətində yerləşən Batifa bölgəsindəki kurort zonasını hədəfə alıb. Hücum zamanı çoxlu sayda qadın və uşaq olmaqla 8 nəfər həlak olub, 23-dən çox insan yaralanıb.
Daha çox oxuyun: İraqın şimalındakı turizm bölgəsinə Türkiyənin artilleriya hücumu + VİDEO
Türkiyənin İraqın şimalına hücumu zamanı həlak olanların cənazələrinin Ərbildə qarşılanma mərasimi
Rəy