İraqda baş verən son hadisələr, 21 İyul 2022

Cümə 22 İyul 2022 - 00:34
https://az.iswnews.com/?p=10500

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ninova Əyalətinin Əməliyyat Komandanlığının Birgə Qərargahının üzvləri Mosulun qərb bölgələrində yerləşən Həşd üş-Şabi təşkilatı qüvvələri, ordu və polisə baş çəkib.

1- Bağdad:

– İyulun 20-də minlərlə iraqlı Türkiyə ordusunun bu ölkənin şimalına artilleriya hücumuna etiraz olaraq Bağdaddakı Ankara səfirliyi qarşısına toplaşdı.

– İyulun 19-da İraqın milli təhlükəsizlik üzrə müşaviri Qasim əl-Arci NATO-nun İraqdakı komandanı Covanni İnuççi ilə görüşüb. NATO-nun təcrübələrindən təhlükəsizlik qurumları ilə əməkdaşlıq etmək zərurətinə işarə edərək, İŞİD təhlükəsinin davam etdiyini bildirib.

2- Səlahəddin:

– İyulun 20-də İŞİD ünsürlərinin Mutaybəcə bölgəsindəki İraq polis qərargahına hücumu nəticəsində 4 İraq hərbiçisi şəhid olub, daha 7 nəfər isə yaralanıb.

– İyulun 20-də İraq Kürdüstanı Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Təlabani Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani ilə Səlahəddində görüşüb və İraq prezidenti məsələsinin həlli ilə bağlı müzakirələr aparıb.

– İyulun 20-də İraqın yüksək rütbəli təhlükəsizlik heyəti Samirrada bir sıra federal polis qüvvələrinin şəhid olması və yaralanması ilə nəticələnən son terror əməliyyatının təfərrüatlarını öyrənmək üçün Samirraya daxil olub.

3-Ninova:

– İyulun 19-da Ninova Əyalətinin Əməliyyat Komandanlığının Birgə Qərargahının üzvləri Mosulun qərb bölgələrində yerləşən Həşd üş-Şabi təşkilatı qüvvələri, ordu və polisə baş çəkiblər. Bu tədbir təhlükəsizliyin sabitliyini artırmaq üçün hərbi qurumlar arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi məqsədi ilə həyata keçirilib.

– İyulun 21-də İraq ordusunun qırıcıları Məxmur dağlarında İŞİD-in sığınacaqlarını hədəfə alıblar.

4- ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada, Vaşinqtonun İraqın Duhuk əyalətində törədilən və dinc insanların ölümü və yaralanması ilə nəticələnən hücumu qınadığını açıqlayıb.

5- Kürdüstan Bölgəsinin Baş Naziri Məsrur Bərzani Türkiyə ordusunun İraqın Duhuk vilayətinə artilleriya hücumunu şiddətlə qınayıb.

6- İyulun 21-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq hakimiyyətinin türk ordusunun Kürdüstan bölgəsinə hücumu ilə bağlı açıqlamalarını təkzib edib. O, “bizə qarşı irəli sürülən ittihamları rədd etdiyimizi və bu hadisənin əsl səbəbkarlarının müəyyən edilməsi üçün İraq hakimiyyəti ilə əməkdaşlığa hazır olduğumuzu” bildirib.

7- İyulun 21-də İraqın Baş naziri Türkiyənin Duhuk vilayətinə hücumundan sonra bu ölkənin bir neçə vətəndaşının şəhid olması ilə əlaqədar cümə axşamı gününü ictimai matəm elan edib.

8- İyulun 20-də İraq prezidenti, baş naziri, parlamentin sədri və Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Türkiyənin Şimali İraqa hücumunu şiddətlə pisləyib və beynəlxalq dairələrdə onun araşdırılmasını vurğulayıblar.

9- İyulun 20-də BMT-nin İraqdakı ofisi İraqın ərazi suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayaraq, Türkiyəni Zaxo şəhərinə bugünkü hücumu ilə bağlı hərtərəfli araşdırmaya çağırıb.

10- İyulun 20-də İraq parlamentinin sədri Türkiyənin Şimali İraqa hücumuna cavab olaraq bəyanat yayıb və İraq hökumətindən vətəndaşların təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi etməsini istəyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir