İraqın şimalındakı turizm bölgəsinə Türkiyənin artilleriya hücumu + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun İraqın Duhuk əyalətində yerləşən Batifə bölgəsindəki istirahət mərkəzinə artilleriya hücumu nəticəsində 31 ərəb turisti xəsarət alıb, ölən və yaralılar var.
İyulun 20-də Türkiyə ordusunun artilleriya bölməsi İraqın Duhuk vilayətində yerləşən Batifə bölgəsindəki istirahət zonasını hədəfə alıb və ilkin məlumata görə, 8 nəfər ölüb, 23-dən çox insan, o cümlədən çoxlu sayda qadın və uşaqlar yaralanıb. Xilasedicilər yaralıları Zaxo şəhərinin xəstəxanasına çatdırıblar.
Bu hücum Türkiyə ordusunun son aylarda PKK yaraqlılarına qarşı mübarizə bəhanəsi ilə Şimali İraqın mülki ərazilərinə çoxsaylı hücumlar həyata keçirərkən baş verib ki, bu da xeyli zərər və ziyana səbəb olmuşdur. Bu ölkə xalqının təhlükəsizliyini təmin etmək və onun sərhədlərini qorumaq vəzifəsini daşıyan İraq hökuməti indiyədək bu kimi hadisələrlə bağlı qəti və əhəmiyyətli mövqe tutmayıb və qarşıdakı aylarda belə hadisələrin təkrarlanması gözləniləndən uzaq deyil.
Ola bilsin ki, bu hücuma cavab olaraq Türkiyə bazalarına əvvəllərdə hücum etmiş “Əhrar əl-İraq” İslami Müqavimət Briqadası və “Əhrar Sincar” kimi qruplar İraqın şimalındakı Türkiyə ordusunun mövqelərinə hücumlar təşkil etsinlər.
Daha çox oxuyun:
İraqda yaranan yeni dəstə Türkiyə ordusunun bazasına hücumları öz üzərinə götürdü!
Hadisədə yaralananlardan biri
Hadisə yerindən video (1)
Yaralıların xəstəxanaya çatdırılması videosu
Hadisə yerindən video (2)
Rəy