Suriyada baş verən son hadisələr, 19 İyul 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin Suriyanın şimal bölgələrində hərbi əməliyyatlara başlamaq təhdidlərinə cavab olaraq Suriya ordusu Türkiyə dəstəkli yaraqlılarla təmas xəttlərini və Türkiyə ilə sərhəd bölgələrini gücləndirmək üçün Eyn əl-Ərəb və Eyn İsa şəhərlərinə bir neçə hərbi konvoy göndərib.
1- Hələb:
– İyulun 19-da Türkiyə ordusunun Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya ordusunun Hələbin şimalında olan Təl-Rəfət şəhərindəki ortaq bazasına dronla hücumu nəticəsində iki suriyalı hərbçi yaralanıb.
– İyulun 19-da Hələbin qərbində yerləşən Hir Dərkal oxundakı Suriya ordusunun mövqeləri silahlıların artilleriya hücumuna məruz qalıb.
– İyulun 18-də Eyn əl-Ərəb şəhəri ətrafında Rusiya və Türkiyənin birgə 106-cı hərbi patrulu keçirilib.
– İyulun 19-da Şərava bölgəsi Türkiyə dəstəkli silahlı qüvvələrin artilleriya hücumlarına məruz qalıb.
– İyulun 18-də Türkiyə dəstəkli silahlılar Hələbin şimalında yerləşən Mənbic şəhərinin şimalındakı Əl-Muhsinli kəndini artilleriya hücumları ilə hədəfə alıb.
– İyulun 18-də Türkiyə ordusuna məxsus dronlar Hələbin şimalında yerləşən Təl Rəfət şəhərindəki bir hərbi bazanı hədəfə alıb.
– İyulun 18-də Şəhba bölgəsindəki Ummul Huş kəndi Türkiyə dəstəkli silahlıların artilleriya hədəfinə çevrilib.
– İyulun 16-da Əhrar Şərqiyyə silahlı qüvvələrinin səhra komandirlərindən olan Əbunimr Şərqiyyə Əxtərin şəhəri yaxınlığında qətlə yetirilib.
2- İdlib:
İyulun 17-də İdlibin cənub cəbhəsində mina partlaması nəticəsində silahlı qüvvələrin bir üzvü həlak olub.
3-Dəra:
– İyulun 18-də Dəra əyalətinin Yadudə şəhərində naməlum silahlı şəxslər tərəfindən silahlı qüvvələrin 3 keçmiş üzvü öldürülüb.
– İyulun 16-da Muzəyrib yaxınlığında yolda baş verən partlayış nəticəsində Suriya ordusuna məxsus avtomobildə iki Suriya əsgəri yaralanıb.
4- Deyr əz-Zor:
– İyulun 19-da naməlum casus dronlar (Amerikaya aid olduğu güman edilir) sərhəddəki əl-Bukamal şəhəri və İraq və Suriyanın sərhədyanı rayonları üzərində uçuşlar həyata keçirib.
– İyulun 18-də Suriya ordusunun iki üzvü Deyr Əz-Zor səhrasında mina partlaması nəticəsində həlak olub.
5- Rakka:
İyulun 19-da Türkiyə ordusuna məxsus dronun Eyn İsa bölgəsi üzərində uçduğu görülüb.
6- Həsəkə:
İyulun 16-da Türkiyə dəstəkli yaraqlılar artilleriya hücumu ilə Təl Təmar ətrafını hədəfə alıblar.
7- İyulun 18-də Suriya ordusu yaraqlılarla təmas xəttlərini və Türkiyə ilə sərhəd bölgələrini gücləndirmək məqsədilə Eyn əl-Ərəb və Eyn İsa şəhərlərinə bir neçə hərbi konvoy göndərib.
8- İyulun 19-da Suriyadakı Rusiya Sülh Mərkəzi elan edib: silahlı şəxslər İdlib bölgəsində 11 dəfə atəşkəs rejimini pozubki, onlardan 1-i Laziqiyyə əyaləti, 8-i Hələb əyaləti, 2-si isə İdliblə bağlı olub.
Rəy