Məqalə: Suriyanın şimalında Türkiyənin mümkün əməliyyatları haqqında araşdırma

Yazar:Mustafa Pakdil
Bazar ertəsi 18 İyul 2022 - 20:12
https://az.iswnews.com/?p=10404

Suriya Demokratik Qüvvələrinin Suriyanın şimalında Türkiyə dəstəkli silahlıların hücumlarına cavab verməsi Türkiyə üçün Suriyanın şimalındakı Mənbic, Təl Rəfət və Eyn əl-Ərəb şəhərlərinə hücum etmək üçün ən yaxşı fürsət və bəhanə ola bilər.

Ötən həftələr ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyanın şimal bölgələrində gözlənilən hərbi əməliyyatları barədə dəfələrlə açıqlama verib. Türkiyə müdafiə naziri həmçinin iddia edib ki, Türkiyə Suriyanın şimalından, xüsusilə Təl Rəfət və Mənbicdən gələn terrorçu qrupların hədəfindədir və biz hərbi əməliyyatlara başlamaqda qərarlıyıq. Əməliyyatın planları hazırdır və prezident Ərdoğanın dediyi kimi əməliyyat qəfildən başlayacaq.

Son həftələr Türkiyə ordusunun hərbi karvanları əl-Rai sərhəd keçid məntəqəsindən Suriyada Türkiyə dəstəkli yaraqlıların nəzarətində olan ərazilərə daxil olub və Türkiyə ordusunun Suriyanın şimalında artan hərəkətliliyi, eyni zamanda Suriya Demokratik Qüvvələrinin (SDQ) Təl-Rəfət, Marinın cənubu, Afrinin şərqi, Mənbic ətrafı, Eyn İsa və Şəhba bölgəsindəki mövqelərinə artilleriya və dron hücümları tam aydın müşahidə olunur.

İllərdir Suriya ilə sərhədlərində bufer zonası yaratmağa çalışan Türkiyə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanın Suriyadakı qüvvələrini kəskin şəkildə ixtisar edəcəyini düşünərək, Rusiya qoşunlarının çıxarılmasının yaratdığı hakimiyyət boşluğundan istifadə etməyə və Suriyadakı təsir gücünü artırmağa çalışdı. Amma bu il iyulun ortalarında Rusiya ordusunun 300-dən çox desantı hərbi nəqliyyat təyyarələri ilə Qamışlı hava limanına aparıldı. Buda onu göstərir ki, Türkiyə indiyədək Suriyanın şimalında yeni əməliyyata başlamaq üçün Rusiyanın razılığını ala bilməyib və Rusiya isə istənilən təcavüzə qarşı Suriya hökumətinin yanındadır.

– Türkiyə əməliyyatlarının mümkün istiqaməti

Nəzərə alsaq ki, Qamışlı şəhəri Suriya hökumətinin təsiri altında olan ərazilərdən biridir və bu şəhərin kürdlər üçün əhəmiyyəti və Rusiya bazasının mövcudluğu nəzərə alınarsa, Türkiyənin bu şəhəri işğal etməsi praktiki olaraq mümkün deyil amma Mənbic və Təl Rəfətdə vəziyyət bir az fərqlidir. Türkiyə rəsmilərinin sözlərini nəzərə alsaq, bu iki şəhər Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatları üçün ən çox ehtimal olunan variantlardan biridir. Türkiyə ordusunun gələcək əməliyyatları üçün hədəfə aldığı siyahıda Eyn əl-Ərəb (Kobani) şəhərinin də olması mümkündür.

– Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarının məqsədləri

Suriyanın şimalındakı əməliyyatın əsas məqsədlərindən biri Türkiyənin Suriya ilə ortaq sərhədlərində təhlükəsizlik təhdidlərini aradan qaldıra bilməsi üçün Suriya ilə 30 kilometrlik bir məsafə dairəsində təhlükəsiz zona yaratmaqdır.

Bu əməliyyatın digər məqsədi isə bu əraziləri birləşdirməkdir və Türkiyə təhlükəsiz zona yaratdıqdan sonra bir milyon suriyalı qaçqını işğal olunmuş ərazilərə köçürməyi planlaşdırır. Və Suriyalı qaçqınların daimi məskunlaşması ilə Suriya ilə sərhədlərində əhali strukturunda dəyişikliklər yaratmaq məqsədinə nail olsun. Həmçinin Türkiyə silahlı suriyalıların və qaçqınların köməyi ilə bu ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək və fabriklər tikməklə Türkiyə iqtisadiyyatına qoyulan xərcləri azaltmaq niyyətindədir.

Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatı Rusiya və Amerikanın reaksiyası ilə üzləşsə də, Türkiyə üçün strateji əhəmiyyətə malikdir və belə görünür ki, Ərdoğan istənilən yolla siyasi və beynəlxalq məqsədlərinə çatmaq istəyir. O, müxtəlif tərəflərlə məsləhətləşərək bu əməliyyatın Türkiyə üçün mənfi nəticələrini azaltmağa çalışır.

Ona görə də Rusiya və ABŞ-ın Türkiyənin Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı əməliyyatına qarşı çıxması səbəbindən əməliyyatın təxirə salınması və ya Suriyanın şimalındakı bir neçə bölgə ilə məhdudlaşdırılması ehtimalı çox yüksəkdir.

– Bu əməliyyatda İranın və Müqavimətin rolu necə olacaq?

İran və müqavimət qrupları, Suriya meydanının ən mühüm oyunçularından biri olaraq, son illərdə bu mövzuda strateji hədəflər müəyyən etməmiş və Türkiyənin hücumlarına qarşı təsirli tədbirlər görməmişlər; ona görə də Türkiyə ən çox Rusiya, Amerika, Suriya Demokratik Qüvvələri və Suriya Ordusu ilə münaqişə yaşayacaq. Bununla belə, əməliyyat bölgələrində Türkiyə dəstəkli silahlılarla təmas xəttində İran və müqavimət qüvvələrinin mövcudluğu onlarında bu münaqişənin xaricində qalmayacaqlarından xəbər verir.

Orijinal ölçüdə baxmaq üçün klikləyin

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir