Fələstində baş verən son hadisələr, 14 İyul 2022

Cümə 15 İyul 2022 - 14:44
https://az.iswnews.com/?p=10277

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika prezidenti sionist rejimin baş naziri Yair Lapid ilə görüşdən sonra bəyan edibki, biz İsrailin bölgəyə tam inteqrasiyasının vacibliyini müzakirə etdik.

– İyulun 12-də sionist rejimin baş naziri Yair Lapid Avstriya kansleri Kar Nehmer ilə görüşüb və müzakirələr aparıb. Bu görüş zamanı iki tərəf təhlükəsizlik və turizm sahələrində əməkdaşlıq müqavilələri imzalayıb.

– Mozambik prezidenti Filip Casento Nyusi Fələstin məsələsi ilə bağlı mövqeyimizin heç vaxt dəyişməyəcəyini və Fələstini həm Təhlükəsizlik Şurasında, həm də Afrika Birliyi vasitəsilə dəstəkləməyə davam edəcəyimizi açıqlayıb.

– Fələstin HƏMAS hərəkatının liderlərindən biri bəyan edib ki, Fələstin və sionist rejim arasında əsirlərin mübadiləsi üçün aparılan danışıqlarda irəliləyiş yoxdur.

– İyulun 13-də ABŞ prezidenti Co Baydenin olduğu təyyarə hava hücumundan müdafiə sistemləri ilə əhatə olunmuş Tel-Əvivdəki Ben Qurion hava limanına daxil olub. Prezident İsak Hersoq və Baş nazir Yair Lapid Amerika prezidentini qarşılamağa gediblər.

Prezident İsak Hersoq və Baş nazir Yair Lapid Amerika prezidentini qarşılayır
Ben Qurion hava limanında müdafiə sistemlərinin yerləşdirilməsi

– İyulun 13-də müxalifət lideri və İsrail rejiminin keçmiş baş naziri Benyamin Netanyahu Baydeni qəbul edərkən deyib ki, İranın nüvə ambisiyalarını davam etdirməkdən yalnız hərbi variant mane ola bilər. İrana qarşı siyasi və iqtisadi sanksiyalar kifayət deyil və İranı dayandırmaq üçün müvafiq hərbi təhdiddən başqa heç bir yol yoxdur.

– İyulun 14-də ABŞ prezidenti Co Bayden sionist rejimin baş naziri ilə görüşmək üçün ciddi təhlükəsizlik tədbirləri və 60-a yaxın gülləkeçirməz maşının müşayiəti ilə işğal olunmuş Qüdsə daxil olub.

– İyulun 14-də ABŞ prezidenti Co Bayden sionist rejim baş naziri Yair Lapidlə görüşdən sonra bəyan edibki, biz İsrailin regiona tam inteqrasiyasının vacibliyini müzakirə etdik. İnanıram ki, təkcə mənim administrasiyamın üzvləri deyil, Amerika xalqının böyük bir hissəsidə İsrailin təhlükəsizliyinə sadiqdir.

– İyulun 14-də sionist rejimin baş naziri Yair Lapid Amerika prezidenti ilə görüşdən sonra deyib ki, biz mötədil bir koalisiya yaratmaq üçün çalışırıq. Nüvə İranı deyilən bir şey olmayacaq, çünki o, təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə hesab olunur.

– ABŞ prezidenti Co Bayden sionist rejimin 12-ci kanalına müsahibəsində deyib: İrana hərbi hücum son variantdır. İran nüvə silahı əldə etməməlidir.

– Prezident Co Baydenlə birlikdə işğal altındakı Fələstinə səfər edən ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Yair Lapidlə görüşüb və söhbət edib.

– İyulun 14-də Fələstin İslami Cihad hərəkatının yüksək səviyyəli üzvlərindən biri olan Məhəmməd əl-Hindi ABŞ prezidenti Co Baydenin bölgəyə səfərini əhəmiyyətsiz hesab edib və bildirib ki, bu səfər Səudiyyə Ərəbistanına görədir və qalan görüşlər az əhəmiyyətlidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir