Şəmxani Qafqazda!

Cümə 15 İyul 2022 - 07:29
https://az.iswnews.com/?p=10271

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxani iyulun 7-də Ermənistana səfər edib.

Cənubi Qafqazda baş verən proseslər elə bir istiqamətdə irəliləyirki, onu gözardı etmək olmaz. Bu bölgə indiki İranın şimal-qərbi ilə həmsərhəddir və ölkəmizin taleyi bu regionda baş verən hadisələrlə əlaqəlidir.

Ali Milli Təhlükəsizlik Şurası katibinin Ermənistana səfəri

Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxani iyulun 7-də İrəvana səfər edib. Bu bir günlük səfər zamanı Şəmxani Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armin Qriqoryan və baş naziri Nikol Paşinyanla görüşüb və hələlik nəticələri açıqlanmayan müzakirələr aparıb. İran mediası bu səfəri ümumi başlıqlarla təsvir edib, lakin makro-təhlükəsizlik sahəsində qərar qəbul edən bir məmurun qəfil səfəri adi məsələlərlə bağlı sadə görüşdən daha fərqli qiymətləndirilir.

Bəzi fərziyyələr

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Şərqə doğru genişlənməsi və üç ölkənin Gürcüstan, Azərbaycan və Ermənistanın üzvlüyü son bir neçə ayda çox ciddi xarakter alıb.

Keçmiş Xarici İşlər Naziri və Ali Rəhbərin siyasi müşaviri Əli Əkbər Vilayəti bir müddət əvvəl NATO-nun şərq və qonşu ölkələrə genişlənməsindən narahatlığını ifadə etmişdi. Həmçinin, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin korlanmasının səbəbi kimi NATO-nun şərqə doğru genişlənməsini hesab etsək, şişirtməmiş olarıq.

Azərbaycan və Türkiyə arasında Ermənistanla münasibətlərin normallaşması Zəngəzur dəhlizinin verilməsi ilə şərtlənir və Azərbaycan bildirir ki, bu dəhliz bu ölkə tərəfindən idarə olunmalıdır.

Digər bir məsələ isə Rusiyanın Ermənistandakı boşluğudurki, bu da Ukrayna müharibəsindən qaynaqlanır və Rusiya öz imkanlarının əksər hissəsini bu müharibə üçün istifadə edir. Rusiyanın Ermənistandakı hərbi varlığının və iqtisadi yardımının azaldılması bu strategiyanın bir hissəsidir və Şəmxaninin İrəvana səfəri Ermənistan hökumətinə İran İslam Respublikasının bu məsələni kompensasiya edəcəyinə zəmanət verə bilər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir