Hizbullah baş katibinin düşmənlərə xitabı: Livanlılar təslim olmayacaq

Cümə 15 İyul 2022 - 06:35
https://az.iswnews.com/?p=10268

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çərşənbə axşamı Livan Hizbullahının rəhbəri son siyasi hadisələrlə bağlı çıxış edib.

Seyid Həsən çıxışına Qurani-Kərimdən ayələr oxumaqla başlayıb və xalqı Qurban bayramı münasibətilə təbrik edib.

Hizbullahın baş katibi həmçinin “əl-Vəd əs-Sadiq” əməliyyatının ildönümünə işarə edərək deyib: 33 günlük müharibədə müqavimətin nailiyyətləri arasında Amerikanın “Yeni Orta Şərq” adlı planının məhv edilməsidə vardı.

Seyid Həsən Nəsrullah deyib: Amerikanın Əfqanıstan və İraqı işğal etmək üçün bəhanə kimi istifadə etdiyi 11 sentyabr hadisələrindən sonra ikinci addım Fələstin və Livanda İslami müqavimətin kökünü kəsmək və İranı təcrid etmək idi ki, sionist rejim Yaxın Şərqin ağasına çevrilsin. Müqavimət və Livanın sabitliyi və 33 günlük müharibədə hədəflərinin məğlubiyyəti yeni Yaxın Şərq layihəsinə ağır zərbə vurdu. Bu planların ardı kəsilən deyil və Obama administrasiyası dövründə “Ərəb baharı” planını icra etdilərki oda baş tutmadı.

Seyid Həsən deyib: Bugünki Amerika 2003 və 2006-cı illərin Amerikası deyil. Onların qocalmış prezidenti qocalmış Amerikanın təsviridir.

Nəsrullah çıxışının davamında deyib: Biz qəsdən müxtəlif ölçülərdə üç silahsız dron göndərdik ki, İsrail düşməni onları vursun. Biz istəyirdik ki, düşmən qırıcıları və gəmiləri hərəkət etsinlər və raketlər atsınlarki, mədən gəmilərinin sahibləri və işçiləridə bu ərazinin təhlükəsiz olmadığını bilsinlər. Bizim imkanlarımız müxtəlifdir və havada və dənizdə bir çox variantımız var və bu seçimlərin hamısı masadadır. Düşmənlərimizə doğru silahlı və silahsız müxtəlif ölçülü çox sayda dron göndərməyə qadirik. Pilotsuz təyyarələrin mesajı ilk növbədə düşmənə, ikinci növbədə isə dosta onların güclü olduğunu bilməsi üçün idi.

O xəbərdarlıq etdi: Mən düşmənə və amerikalılara deyirəm ki, livanlılar təslim olmayacaq. Nəticələr mənfi olarsa, Kariş yatağına, Karişdəndə o yana və hətta ondanda o yana gedərik. Əgər onların seçimi Livana kömək etmək deyilsə və onu aclığa sürükləməkdirsə, o zaman Müharibə daha şərəfli və əzizdir.

Hizbullah baş katibi deyib: Kariş yatağından neft və qaz hasilatı sentyabr ayında başlayacaq, ona görə də Livanın qızıl fürsətinə nail olmaq üçün vaxtı məhduddur. Livan hökuməti Amerikanın vədlərinə aldanmamalı və Livanın hüquqlarını təmin etmək üçün sentyabrdan əvvəl razılığa gəlməlidir.

Əgər Livan nefti və qazı ilə özünü xilas edə bilməməsi nəzərdə tutularsa, o zaman heç kim qaz və neft çıxara, qaz və neft sata bilməz.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir