Azərbaycanda Qarabağ müharibəsi Qazilərinin zəncirvari İntiharı

Cümə axşamı 14 İyul 2022 - 13:24
https://az.iswnews.com/?p=10258

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanda ikinci Qarabağ müharibəsi Qazilərinin intihar sayı artaraq 34 nəfərə çatıb. Etirazların davam etdiyi və etirazçıların Azərbaycan Müdafiə Nazirliyinin qarşısında toplaşdığı bildirilir.

Ən son intihar halları son iki həftədə baş verib. İlham Həsənov İyulun 5-də Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihar edib. Beş gün sonra, İyulun 10-da Elvin Cəfərov özünü Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında yandırıb və İyulun 11-də yanıq xəsarəti ilə xəstəxanada dünyasını dəyişib.

2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində şəhid ailələri və qazilərin bu cür addımlarının əsas səbəbi müharibə iştirakçılarının həyat və yaşam və iş şəraitinin həll edilməməsidir. Ölkə hökuməti hələdə lazımı addımlar atmaqdan imtina edir və bu insanların müalicə və həyat xərclərinin qarşılanması üçün parlamentin qərarlarında heç bir həll yolu düşünülməyib.

Azərbaycan hökumətinin rəsmi statistikasına görə, Qarabağ müharibəsində ölkə ordusundan 2801 nəfər həlak olub, 100 nəfər itkin düşüb. Yaralıların sayının 10 minə yaxın olduğu güman edilir. Azərbaycan hökuməti isə itkilərin sayını az göstərməyə çalışır.

Elvin Cəfərovun şəkli

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir