Yəməndə baş verən son hadislər, 13 İyul 2022

Cümə axşamı 14 İyul 2022 - 11:35
https://az.iswnews.com/?p=10253

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiya qüvvələri Yəməndə atəşkəs razılaşması başlayandan bəri atəşkəsi 20 min dəfədən çox pozub.

1- Hudəydə:

– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 114 dəfə pozub.

– 12 yəmənli balıqçı Səudiyyə həbsxanalarında təxminən 45 günlük həbsdən sonra, qayıq və balıqçılıq ləvazimatlarıda əllərindən alınaraq əl-Hudeydə limanına qayıdıb.

– Səudiyyə koalisiyası Qırmızı dənizdə “In Viktus” və “Leydi Sara” gəmilərini yoxlama və BMT-dən giriş icazəsi almalarına baxmayaraq ələ keçirib.

2- Marib:
Ənsarullah pilotsuz təyyarələri Hərib nəzarətində olan Xəba vadisində yerləşən əl-Əmaləqə qüvvələrinin mövqelərinə hücum edib.

3-Səda:

Səudiyyə koalisiya qüvvələri Yəməndə atəşkəsi pozaraq Razəh nəzarətindəki sərhəd bölgələrini atəşə tutub. Bu hücum nəticəsində ən azı 19 yəmənli şəhid və yaralı var.

4- Həzrəmut:

Naməlum silahlı şəxslər Əl-Mukəlla şəhərinin Şafei məhəlləsində Cənub Keçid Şurasının silahlı komandirlərindən biri olan “polkovnik Bəlxir Həsən Bansib”i qətlə yetiriblər.

5 – Şabu:

Əl-Səid nəzarətindəki əl-Məsha bölgəsində ali Yəslim və ali Salim bin Dəha qəbilələri arasında baş verən qarşıdurma nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

6- Ənsarullah sözçüsü və Yəmən Qurtuluş Hökuməti ilə danışıqlara məsul şəxs Məhəmməd Əbdül-Salamın son açıqlamaları:

Səudiyyə Ərəbistanı tərəfindən sərhədyanı bölgələrin bombardmanlarında onlarla insanın şəhid olması, işğalçı ölkələrin atəşkəs razılaşmasının müddəalarının icrasının, o cümlədən Yəmənə uçuşların (cəmi 15 reys) davamlı olaraq qarşısının alınması və davamlı olaraq gecikdirilməsi və saxlanılması gəmilərin dənizə göndərilməsi atəşkəsin əsas pozuntusudur və xərcləridə ikiqat artırır.

Təcavüzkar ölkələrin atəşkəslə bağlı fəaliyyəti hələdə lazımi səviyyədən aşağıdır və razılaşmanın müddəalarını yerinə yetirmək əvəzinə hələdə ləngidirlər. Əziz xalqım hələ də haqsız mühasirə altındadır və bunun nəticəsində minlərlə insan həyatını itirib, yaralardan və xəstəliklərdən əziyyət çəkir.

7- Atəşkəs razılaşması başlayandan bəri (2 Aprel – 13 İyul 2022) Səudiyyə koalisiyası Yəmənin müxtəlif əyalətlərində 20397 dəfə atəşkəs rejimini pozub.

8- Əbdül Qadir Murteza, Yəmən Hökuməti Əsirlərinin Xilasetmə İşləri üzrə Komitəsinin rəhbəri: Bu ilin mart ayında əsirlərin mübadiləsi sazişinin həyata keçirilməsi bağlı aparılan danışıqlar 50%-dən az irəliləmişdir. Maribdəki muzdlular bu istiqamətdəki əsas maneədirlər və indiyə qədər öz təkliflərini irəli sürməyiblər. Birləşmiş Millətlər Təşkilatı bu məsələdə qarşı tərəfə heç bir təzyiq göstərmir və bunun humanitar məsələ olmasına baxmayaraq, onlar üçün ən az əhəmiyyət kəsb edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir