İŞİD-in Hələbdə yüksək rütbəli komandiri Amerika tərəfindən öldürüldü + şəkillər
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının tanınmış komandirlərindən biri Suriyanın Hələb vilayətində yerləşən Cəndirs şəhərinin kənarında ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.
İyulun 12-də Amerika dronları Cəndirs şəhərinin kənarındakı Xaltan kəndində motosikleti hədəfə alıb, nəticədə bir nəfər həlak olub.
Amerika Ordusunun Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) bu xəbəri təsdiq edərək, İŞİD-in 5 əsas liderindən biri olan “Mahir əl-Əqal” adlı şəxsin öldüyünü açıqlayıb. Həmçinin bu hücum zamanı Mahir əl-Əqala yaxın şəxslərdən biridə ağır yaralanıb. Xəsarət alan şəxsin kimliyi ilə bağlı məlumat verilmir.
Bildirilir ki, “Əbu əl-Bəra əş-Şəmali” ləqəbli Mahir əl-Əqal Şam valisi kimi fəaliyyət göstərib və Suriya və İraqdan kənarda İŞİD terror hücrələrinin koordinasiyası və inkişafına cavabdeh olub.
Xatırladaq ki, ötən ilin sentyabrından Amerika koalisiyası silahlı qüvvələrin səhra komandirlərinə və İŞİD-ə qarşı ən azı beş pilotsuz təyyarə hücumu həyata keçirib ki, bunun nəticəsində “Əl-Qaidə”nin beş komandiri və bir İŞİD komandirləri öldürülüb.
Daha çox oxuyun:
İdlibdə Əl-Qaidənin cəbhə komandiri ABŞ tərəfindən öldürülüb + FOTO
Hadisə yerindən görüntülər
Rəy