Hələb istilik elektrik stansiyası İran şirkəti tərəfindən təmir edildi və yenidən quruldu
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya prezidenti İranın “Məpna” şirkətinin köməyi ilə suriyalı texniklər tərəfindən yenidən qurulan Hələb istilik elektrik stansiyasının beşinci kompleksinin açılışını edib.
İyulun 8-də Suriya prezidenti Bəşər Əsəd Hələb istilik elektrik stansiyasının beşinci kompleksinin açılışını edib. Bu elektrik stansiyası Hələb vilayətinin ehtiyac duyduğu 200 meqavat elektrik enerjisi istehsal edir.
Suriya prezidentinin ofisi bəyanat yayıbki, altı il əvvəl Suriya Ərəb Ordusunun qəhrəmanları Hələb vilayətinin şərqindəki istilik stansiyasını azad ediblər və bugün mühəndis və texniklər, ixtisaslı öz işçilər iradələri və əlləri ilə elektrik stansiyasının beşinci kompleksinin yenidən qurulması işini başa vurublar. Suriya prezidenti digər elektrik stansiyası komplekslərində aparılan yenidənqurma prosesini yaxından izləmək üçün ekspertlər, işçilər və texniklərlə birlikdə Hələb İstilik Stansiyasında olub.
Bəşər Əsəd Hələb istilik elektrik stansiyasında çalışan işçiləri “meydan qəhramanları” adlandıraraq, Hələbin silahlı qruplar tərəfindən törədilən terror və vandalizm nəticəsində digər vilayətlərə nisbətən daha çox zərər çəkdiyini və buna görə də Hələbin elektrik stansiyasının yenidən qurulmasından ən çox faydalanmaq haqqı olduğunu qeyd edib. O vurğulayıb ki, Hələb istilik elektrik stansiyası yerli mütəxəssislər və suriyalı müttəfiqlər (İranın Mapna şirkəti) ilə birgə təmir və yenidən qurulub.
Qeyd edək ki, Suriyada müharibə başlayandan sonra bu ölkə elektrik enerjisi istehsalı sektorunda xeyli itki verib. Müharibədən əvvəl təxminən 9500 meqavat olan və 1000 meqavatdan çoxu ixrac edilən Suriyanın elektrik enerjisi istehsalı vətəndaş müharibəsi səbəbindən tədricən azalaraq 2500 meqavata çatıb.
Ötən ilin yayında Suriya hökuməti Həmada yerləşən “Muhrdəh” elektrik stansiyasının istehsalat müəssisələrinin yenidən qurulması üçün İran şirkəti ilə danışıqlar aparıldığını elan edib. 2021-ci ilin aprelində Suriyanın elektrik naziri Qəssan əl-Zəmil bir sıra elektrik stansiyalarının yenidən qurulması üçün İranla 124 milyon avro dəyərində müqavilə imzalandığını açıqlamışdı.
Hələb İES-in Suriya ordusu tərəfindən nəzarətə götürülməsindən sonra bu elektrik stansiyasının yenidən qurulması, təmiri və işə salınması prosesi Qərb ölkələrinin sanksiyaları səbəbindən uzansa da, İranın “Məpna” şirkətinin Hələbə gəlməsi ilə əsas və ehtiyat hissələri ilə təminat problemi həll olundu və bu elektrik stansiyası istehsal şəbəkəsinə daxil oldu. Hələb istilik elektrik stansiyası Suriyanın elektrik şəbəkəsində strateji və mühüm elektrik stansiyası hesab olunur, çünki Suriya müharibəsi başlamazdan əvvəl 1100 meqavat elektrik enerjisi istehsal edirdi və əvvəlki tam istehsal gücünə qayıdarsa, Suriya elektrik şəbəkəsində əsaslı dəyişiklik olacaq.
Suriya prezidentinin Hələb İstilik Elektrik Stansiyasından görüntüləri
Rəy