Suriyada baş verən son hadisələr, 10 İyul 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Xarbə Qəzalə qəsəbəsində bir mülki vətəndaş və Dəra əyalətinin Casim şəhəri yaxınlığında Suriya təhlükəsizlik güclərindən biri naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
1- Hələb:
– İyulun 10-da Türkiyənin dəstəklədiyi silahlılar Şəhba bəndinin ətrafındakı əraziləri artilleriya hücumları ilə hədəfə alıblar.
– İyulun 9-da Türkiyə ordusunun dörd pilotsuz təyyarəsi Hələbin qərb bölgələri üzərində uçuşlar həyata keçirib.
– İyulun 18-də Suriya prezidenti “Bəşər Əsəd” Hələb şəhərində Qurban bayramı namazını qılıb.
– İyulun 8-də Türkiyə ordusunun zirehli texnikadan ibarət hərbi karvanı Əl-Rai sərhəd-keçid məntəqəsi vasitəsilə Əzaz bölgəsinə daxil olub.
– İyulun 8-də Şəhba bölgəsindəki Ummul Həvş kəndi Türkiyənin dəstəklədiyi silahlı qüvvələr tərəfindən artilleriya atəşinə tutulub.
2- İdlib:
– İyulun 8-də Suriya ordusunun İdlib vilayətində yerləşən Məara Əl-Numan şəhərinin şimalındakı Əl-Dana kəndindəki mövqeləri silahlıların artilleriya hücumuna məruz qalıb.
3-Dəra:
– İyulun 8-də Suriyanın təhlükəsizlik qüvvələrindən biri Casim şəhəri yaxınlığında naməlum silahlılar tərəfindən şəhid edilib.
– İyulun 8-də Suriya ordusu Casim şəhərinə hərbi karvan göndərib.
İyulun 7-də Xərba Qəzale qəsəbəsində naməlum silahlılar tərəfindən bir mülki şəxs şəhid edilib.
4- Deyr əz-Zor:
– İyulun 5-də naməlum şəxslərin Əl-Təbani şəhəri yaxınlığında Əl-Qüds Briqadası qüvvələrinin avtomobilinə hücumu nəticəsində onlardan biri şəhid olub və bir neçəsi yaralanıb.
5- Rakka:
– İyulun 9-da naməlum dronun Təl Əbyəzin qərb əraziləri üzərində uçduğu görülüb.
– İyulun 9-da Suriya Ordusunun hərbi karvanı Suriya Demokratik Qüvvələrinin (SDQ) müşayiəti ilə əl-Tabqa şəhərinə daxil olub və bu şəhəri tərk etdikdən sonra Eyn İsa şəhərinə yola düşüb.
– İyulun 10-da Rus əsgərləri Rakkanın şimalında yerləşən Təl əl-Səmən kəndini patrul edib.
6- Həskə:
– İyulun 10-da Amerika koalisiya qüvvələri Malikiyyə və Rəmilən şəhərlərinin kənarında patrul həyata keçirib.
– İyulun 10-da əl-Hul düşərgəsinin üçüncü hissəsində bir qaçqın naməlum şəxslər tərəfindən öldürülüb. Onun kimliyi müəyyən edilməyib.
– İyulun 9-da Amerikanın üç helikopteri Həskə şəhərinə eniş edib. Bir neçə dəqiqədən sonra bu helikopterlərdən ikisi Həskənin cənubunda yerləşən Əl-Şədadi şəhərinə doğru uçub. Üçüncü helikopterin təyinatı barədə məlumat yoxdur.
7- İyulun 8-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan edib: Silahlı qüvvələr İdlib bölgəsində atəşkəs rejimini 11 dəfə pozub: bunlardan 1 hadisə Lazəqiyə əyaləti, 6 hadisə Hələb əyaləti və 4 hadisə İdliblə bağlıdır.
8- İyulun 8-də Rusiya BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin Türkiyə sərhədlərindən Suriyaya yardım göndərilməsi ilə bağlı qətnaməsinə veto qoydu.
Rəy