Qalxan raket atan döyüş gəmisi iki dördlü qanadlı raket atan qurğusu ilə təchiz edildi

Bazar 10 İyul 2022 - 17:39
https://az.iswnews.com/?p=10128

Qalxan raket atan döyüş gəmisi 2017-ci ildə İran İslam Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasına qoşulub. İndi bu gəmini iki dördlü qanadlı raket buraxılış qurğusu ilə təchiz etməklə, səkkiz yerüstü qanadlı raket atmaq imkanı əlavə edirki, buda qalxan gəmisini bu qabiliyyətlə təchiz edilmiş ilk İran gəmisi edib.

İran İslam Respublikası Ordusunun Xəzər dənizində keçirilən “Sabit Təhlükəsizlik 2022” adlı hərbi dəniz təliminin gedişində İranda ilk dəfə olaraq dördlü qanadlı raket buraxılış qurğusundan qalxan raket buraxılış qurğusu üzərində istifadə edilib.

Bu gəmidə istifadə edilən atış qurğusu İran Hərbi Dəniz Qüvvələrinin döyüş təşkilatının əvvəlki atış qurğularına bənzəyir. Bu buraxılış qurğusu ordunun və SEPAH-ın digər döyüş gəmilərindədə quraşdırıla bilər. İran gəmilərinin hücum gücündəki zəifliyini nəzərə alsaq, bu təkmilləşdirmə Əlvənd və Movc sinfi kimi İran gəmilərinin hücum gücünü ikiqat artıra bilər.

Bu sayda atış qurğusunu quraşdırmaq üçün onu saxlayacaq olan sütunu möhkəmləndirmək lazımdır. Sütunu gücləndirmək üçün atış qurğusunun sütunla arası möhkəmlənməlidir. Lakin buraxılış qurğusda yuxarı atıcıların ağırlığını daşımaq üçün gücləndirilməlidirki, bu hal başlanğıc, son və orta nöqtələrdə kəmərlər əlavə edərək bulaxılış qurğusunun dözümlülüyünü artırsın.

Bu tip buraxılış qurğularında istifadə olunan raket növü məlum deyil, lakin çəki məhdudiyyəti olmadığı təqdirdə döyüş təşkilatında olan bütün raketlər bu buraxılış qurğularından istifadə edə bilər.

Müəllif: Seyyid Məhəmməd Hüseyin Musəvi Irayi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir