İranın Livanda yeni səfiri təqdim olunub

Bazar 10 İyul 2022 - 06:31
https://az.iswnews.com/?p=10099

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Müctəba Əmani” İranın Livandakı yeni səfiri kimi təqdim olunacaq və “Məhəmməd Cəlal Firuzniya”nı əvəz edəcək.

2018-ci ilin İyul ayından İran İslam Respublikasının Livandakı səfiri vəzifəsinə təyin olunan “Məhəmməd Cəlal Firuzniyanın” missiyası başa çatıb və “Müctəba Əmani” İranın Beyrutdakı yeni səfiri kimi təqdim edilib.

Firuzniyanın diplomatik missiyası başa çatdıqdan sonra Livanın Bəəlbək şəhərindəki “İmam əl-Muntəzər” elmi hövzəsi mərasim zamanı onun zəhmət və səylərinə görə minnətdarlığını bildirib. İranın Livandakı keçmiş səfiri mərasim zamanı qeyd edibki, İran İslam Respublikası qlobal təkəbbürün qarşısında dayanan mübariz və azad ölkələrin yanında möhkəm dayanmaqdadır.

Müctəba Əmani Livana səfər etməzdən əvvəl İran İslam Respublikasının energetika naziri Əli Əkbər Mehrabian ilə keçən həftə Energetika Nazirliyində İran və Livan arasında su və elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı məsləhətləşib. Bu görüşün davamında qərara alınıb ki, İranın yeni səfirinin Beyrutda təqdim edilməsindən sonra iki ölkə arasında su və elektrik enerjisi sahəsində əməkdaşlığın fəallaşması üçün lazımi addımlar atılsın.

O, həmçinin Qumda “Əl-Mustafa Universiteti”nin rəhbəri Höccətul İslam vəl Müslimin Əli Abbasi ilə görüşüb və söhbət edib.

Əmani Əl-Mustafa Universitetinin dünyanın bütün yerlərində elmi və mədəni fəaliyyətlərini yüksək qiymətləndirməklə yanaşı, İranın Livandakı mədəni aktiv mərkəzlərinin Mədəniyyət Şurasının gücləndirilməsini İran İslam Respublikasının səfirliyinin bu ölkədəki prioritetlərindən biri kimi qeyd edib.

Qeyd edək ki, Müctəba Əmani 2009-2014-cü illərdə Misirdə İranın maraqlarının müdafiəsi ofisinin rəhbəri olub və Misirşünaslıq üzrə baş ekspert, siyasi və media fəalı və regional məsələlər üzrə ekspertdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir