Suriyada baş verən son hadisələr, 8 Fevral 2022

Çərşənbə axşamı 8 Fevral 2022 - 18:09
https://az.iswnews.com/?p=1007

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İŞİD ünsürlərinin Hasəkənin Ğuveyran məntəqəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində iki SDQ üzvü öldürülüb.

1- Hələb:

  • Fevralın 7-də Eyn əl-Ərəb bölgəsində Rusiya hərbi polisi ilə Türkiyə ordusunun birgə patrulu keçirilib.
  • Fevralın 4-də Hələb vilayətinin Cırablus şəhərinin kənarında bomba yüklü avtomobilin partlaması nəticəsində 3 terrorçu həlak olub.
  • Fevralın 6-da Türkiyə PUA-ları Suriya Demokratik Qüvvələrinin (SDQ) Mənbic şəhərinin kənarındakı bazasını hədəfə alıb.

2- İdlib:

  • Fevralın 8-də terrorçuların İdlibin cənubundakı Əl-Bərə şəhərinin kənarındakı mövqelərini Suriya ordusu artilleriya atəşinə tutub.
  • Fevralın 7-də Suriya ordusunun iki üzvü İdlib cəbhəsində terrorçular tərəfindən şəhid edilib.
  • Fevralın 6-da Rusiya qırıcı təyyarələri Kəfərşəlaya qəsəbəsində terrorçuların mövqelərini hədəfə alıb.

3- Suveyda:
Fevralın 6-da Suveyda şəhərində Suriya hökumətinə qarşı bahalaşma, korrupsiya və zəif təhlükəsizlik vəziyyətinə etiraz olaraq aksiyalar keçiriblər. Etirazçılar təkərləri yandıraraq Dəməşq-Suveyda magistral yolunu bağlayıblar.

4- Deyr əz-Zor:
Fevralın 6-da İŞİD ünsürlərinin Deyr əz-Zorun şərqindəki Əl-Səbhə şəhərinin kənarındakı Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarət məntəqəsinə hücumu nəticəsində iki SDQ üzvü öldürülüb.

5- Həsəkə:
Fevralın 8-də İŞİD ünsürlərinin Suriya Demokratik Qüvvələrinin (SDQ) Həsəkənin Ğuveyran məhəlləsindəki nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində iki SDQ üzvü öldürülüb.

6- Raqqa:

  • Fevralın 4-də Rusiya qırıcı təyyarələri Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
  • Fevralın 8-də naməlum şəxslər Təll-Əbyəd şəhərinin qərbində Türkiyə sərhəd-keçid məntəqəsini iki idarə olunan raketlə hədəfə alıblar. Hücumun Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən İraqın Qəndil dağlarında Türkiyənin PUA-sının zərbəsi və kürd milislərinin yüksək rütbəli üzvünün öldürülməsinə cavab olaraq həyata keçirildiyi bildirilir.

7- Fevralın 8-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib vilayətində atəşkəsi üç dəfə pozublar.

Yüksək keyfiyyətli xəritə
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir