Suriyada baş verən son hadisələr, 2 iyun 2022

Şənbə, 2 İyul 2022 - 19:06
https://az.iswnews.com/?p=9815

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətində məqsədyönlü sui-qəsdlərin davamında Suriyanın təhlükəsizlik qüvvələrindən biri Semlin şəhərində İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən şəhid edilib.

1- Hələb:
– İyunun 29-da rus ordusunun qırıcı təyyarələri Maree şəhəri üzərində uçdu.
– İyunun 29-da Mənbic şəhərinin şimal-qərbində yerləşən Umm Adasa kəndi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya hücumuna məruz qalıb.
– İyunun 29-da Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə Şahba ərazisini hədəfə aldı.
– İyunun 29-da Afrinin ətrafında yerləşən Basufan kəndində Feyləquş-Şam terrorçularına məxsus avtomobil idarə olunan raketlə hücuma məruz qalıb. Bu hücum zamanı terrorçuların bir neçə üzvü öldürülüb və yaralanıb.

– İyunun 29-da Türkiyə ordusunun dronları Afrin, Təll-Rəəfət, Əzaz və Maree şəhərləri üzərində uçuşlar həyata keçirib.
– İyunun 29-da Şərava bölgəsinin Deyr Camal kəndi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya hücumlarına məruz qalıb.

2- İdlib:
– İyulun 1-də Suriya ordusunun artilleriya hücumu nəticəsində Əl-Bəra şəhərinin ətraflarında yerləşən silahlı mövqelər hədəfə alınıb.
– İyunun 29-da Suriya ordusu Muərrətun-Nəəsandakı terroçuların mövqelərini artilleriya atəşləri ilə hədəfə aldı.

3-Dəraa:
– İyunun 28-də Suriya ordusu qüvvələri Novi-Casim yolunda naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Bu hücum zamanı Suriya ordusunun 3 əsgəri şəhid olub.
– İyulun 29-də Suriya Ordusunun qüvvələrindən biri Əl-Əcmi bölgəsində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.
– İyulun 1-də Dəraa vilayətinin Semlin şəhərində Suriyanın təhlükəsizlik qüvvələrindən biri şəhid olub. İŞİD terror qruplaşması bəyanat yayaraq bu hərəkətə görə məsuliyyəti öz üzərinə götürüb.

4- Deyr əz-Zor:
– İyulun 1-də Amerika koalisiyası əl-Ömər neft yatağındakı Amerika koalisiyasının bazasına silah və logistik kolon göndərib.
– İyunun 28-də Amerika koalisiya qüvvələri Suriyanın Deyr-əz Zor əyalətindəki əl-Ömər bazasında hərbi təlim keçirib.
– İyunun 28-də Amerika koalisiyasının helikopterləri Deyr əz-Zorun şərq rayonları üzərində uçuşlar həyata keçirib.

5- Raqqa:
İyulun 2-də Suriya ordusu Eyn-İsa şəhərinə hərbi karvan göndərib. Qoşunların və texnikanın sayı barədə ətraflı məlumat yoxdur.

6- Həsəkə:
– İyulun 1-də Suriya Demokratik Qüvvələrinin (SDQ) hərbi karvanı Təl-Təmr şəhərinə daxil olub.
– İyunun 28-də Türkiyə ordusuna məxsus dronun Qamışlı şəhəri üzərində uçduğu görünüb.
– İyunun 29-da Türkiyə ordusuna məxsus iki dronun Malikiyyə bölgəsi üzərində uçduğu görünüb.

7- Tərtus:
İyulun 2-də İsrail ordusunun qırıcı təyyarələti Aralıq dənizi istiqamətindən bir neçə raket atıb və Tərtus vilayətinin cənubunda yerləşən Həmidiyyə qəsəbəsinin ətrafında bir neçə toyuq fermasına ziyan vurub, nəticədə iki mülki şəxs yaralanıb.

Daha çox oxuyun: Sionist rejimi Tərtusa hava hücumu edib + FOTO

8- İyunun 29-da Suriya Xarici İşlər Nazirliyindəki rəsmi mənbə, Suriya Ərəb Respublikasının bütün sahələrdə əlaqələr qurmaq üçün ortaq işbirliyi və istəyinə görə Ukraynanın şərqindəki Luqansk və Donetsk bölgələrinin müstəqilliyini tanıdığını açıqladı.

9- İbrani dilində yayımlanan “Kan” kanalı Əl-Ərəbiyyəyə istinadən İranın İsrailin hava hücumlarına qarşı çıxmaq üçün Suriyaya hava hücumundan müdafiə sistemlərini köçürdüyünü iddia edib.

10- İyulun 2-də İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian ikitərəfli əlaqələrin inkişafı, regional hadisələr və beynəlxalq məsələlərlə bağlı Suriya rəsmiləri ilə görüşmək və fikir mübadiləsi aparmaq üçün Dəməşqə səfər edib.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.