Azərbaycanlı din xadimi Taleh Bağırzadənin aclıq aksiyasının gizli məqamları

Taha Abdullahi
Yazar:Taha Abdullahi
Cümə, 10 İyun 2022 - 19:43
https://az.iswnews.com/?p=8570

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqləri Müsəlman Birliyi Hərəkatının iki üzvü dindirilərkən və onlara işgəncə verərkən dini müqəddəsatı təhqir edərək Allahı təhqir ediblər.

Azərbaycan Müsəlman Bitliyi Hərəkatının həbsdə olan lideri Höccətülislam Taleh Bağırzadə etiraz əlaməti olaraq cümə günü, iyunun 3-dən aclıq aksiyasına başlayıb. O, təhqir edənlər cəzalandırılana qədər aclıq aksiyasını davam etdirəcəyini və qərarından dönməyəcəyini bildirib. Bu ölkənin rəsmi həftəsonu bazar günüdür, amma cümə gününün hələ də xalqın mədəniyyətində öz yeri var və bu günü seçmək etirazda zəkalığın əlamətidir.

Azərbaycan dindarları arasında nüfuzlu din xadimi olan Taleh Bağırzadə keçmişdə həmişə vaxtında və təsirli olan addımlar atıb. İctimai yerlərdə islami hicabı qadağan edən qanuna qarşı kütləvi etiraz çağırışı və xalqın geniş şəkildə dəstəklənməsi Bağırzadənin hərəkətlərində dönüş nöqtəsi və bu ölkə hökumətinin uğursuzluğudur.

Əgər o, daha çox məhbus və Azərbaycan xalqını özü ilə həmfikir edə bilib dəstək alsa, onların ailələrindən də kömək ala bilər.

Bağırzadə həbsxanada aclıq aksiyasını şəhid olana qədər davam etdirəcəyini açıqlayıb. Bu zindanlarda bəzi məhbuslar məcburi etiraflarla və əsassız ittihamlarla azadlıqdan məhrum edilirlər. Bu zindanlar tanınmış standartlara əməl etmirlər və bir sıra məhbuslar müəmmalı şəkildə işgəncələrə məruz qalıb, sonra isə öldürülürlər.
Azərbaycan Avropa Birliyinə daxil olmaq istəyən, lakin keçmiş Sovet İttifaqının diktaturası üslubunda həbsxanaları olan ölkədir. Bu aclıq aksiyası bir daha Azərbaycan həbsxanalarına, Daxili İşlər Nazirliyinin təcridxanalarına və Milli Təhlükəsizlik Agentliyinə diqqəti cəlb edə bilər ki, insan haqlarının vəziyyəti ilə bağlı suallar yenidən gündəmə gəlsin.
Təxmin etmək olar ki, Taleh Bağırzadə öz müdrikliyi ilə hakimiyyəti çətin vəziyyət də saxlamaq istəyir. O, hakimiyyəti tənqid etmək sabiqəsi ilə bir daha hökuməti geri çəkilməyə, xalqa güzəştə getməyə məcbur edə bilər.

Onun adı siyasi məhbus və hakimiyyətə müxalifət titulu ilə bağlıdır. Ən pis ssenari isə hazırda etirazı şəhadət aclığı kimi tanınan Taleh Bağırzadənin aclıq aksiyası və işgəncələr səbəbindən həbsxanada şəhid olmasıdır. Bu məsələ baş verərsə hakimiyyət üçün növbəti zərbə və İlham Əliyevin Azərbaycanın atası olmaq xülyaları üçün on illik səylərini sual altına apara biləcəkdir.

Tam ölçüdə baxmaq üçün klikləyin

Daha çox oxuyun:
Taleh Bağırzadə aclıq aksiyasına başlayıb – Dəstəyimizi bildiririk!

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.