İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu + VİDEO

Cümə axşamı, 3 Fevral 2022 - 15:22
https://az.iswnews.com/?p=776

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, bu gün səhər saatlarında İraqın Neynəva əyalətinin şimalındakı Zelkan bölgəsində yerləşən Türkiyə hərbi bazası raketlə hədəfə alınıb.

İlkin məlumata görə, Mosulun şimalında, Zelkan bölgəsində Türkiyə hərbi bazasına azı 18 raket atılıb. Hücumda 12 türk əsgərinin həlak olduğu və yaralandığı bildirilir.

“Əhrar Sincar” dəstəsi bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin hesablamasına əsasən, bu, cari ilin əvvəlindən indiyədək Bəşiqə hərbi bazasına beşinci raket hücumudur.

Bəşiqə bazasına raket hücumu
Əhrar Sincar dəstəsinin bəyanatı
Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.