Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Altmış Beşinci Və Altıncı Günü, 29-30 Aprel 2022

Şənbə, 30 Aprel 2022 - 17:19
https://az.iswnews.com/?p=6224

– Rusiyanın raketləri BMT Baş katibinə salam dedi!
Rusiya ordusu aprelin 28-də BMT-nin baş katibi Antoniu Quterreşin səfərindən sonra Ukraynanın paytaxtı Kiyevdəki hədəflərə raket zərbələri endirib. Quterreş Kiyevə gəlməmişdən əvvəl Moskvada Putinlə görüşüb!
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun sözlərinə görə, Rusiyanın uzaqmənzilli raketləri “Artem” raket zavodunu vurub.
Lakin zavoddan əlavə raket zərbələri Kiyevin kənarındakı Fastov dəmiryol yarımstansiyasına və şəhərin mərkəzindəki 25 mərtəbəli yaşayış binasına da ziyan vurub.
Kiyev meri Vitali Kliçko hücumlarda 10 nəfərin yaralandığını bildirib. Hücumlarda ukraynalı jurnalist Vera Giriç də həlak olub.
BMT baş katibinin sözçüsü jurnalistlərə vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib ki, onlar təhlükəsizdirlər, lakin hücumlardan şokdadırlar.

– Rusiya mediaları Xerson cəbhəsində Bayraktar PUA-sının vurulduğunu iddia edən şəkilləri paylaşıblar.

– Ukrayna mediaları 29 mart və 2 aprel tarixlərində vurulmuş digər PUA-larla bu PUA-nın görüntülərini müqayisə edərək iddianı təkzib ediblər.

– Rusiya Müdafiə Nazirliyinin 30 aprel 2022-ci ilə qədər olan müharibədə Ukrayna ordusunun itkiləri ilə bağlı statistikası:
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 142 hərbi təyyarə, 112 helikopter, 658 PUA, 2656 tank və digər zirehli texnika, 307 reaktiv yaylım atəşi sistemi, 1189 səhra topu və minaatan və 2492 ədəd xüsusi hərbi texnika məhv edilib.

– Bryansk vilayətinin qubernatorunun sözlərinə görə, bu gün (şənbə- 30 aprel) səhər saat 6:50-də Rusiya hərbi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi qırıcı təyyarəni aşkarlayıb.
Qırıcı Starodobski rayonundakı Jeça şəhərinə iki raket atıb.
Hücum nəticəsində ilk raket partlaması Rusiyanın qərbindəki Bryansk vilayətinin Starodobski rayonunda neft anbarının binalarına ziyan vurub, ikinci raket isə boş yerə düşüb.
Starodobski neft anbarının koordinatı:
52.72002135166073, 32.748677744847008

– 2022-ci il fevralın 24-dən aprelin 30-dək Rusiya ordusunun ümumi itkiləri ilə bağlı Ukrayna mediası statistikası:
23,200 dən çox rusiyalı hərbçi həlak olub və yaralanıb.
1008 tank, 2445 hərbi maşın, 436 artilleriya qurğusu, 151 reaktiv yaylım atəşi sistemi, 77 hava hücumundan müdafiə sistemi, 190 təyyarə, 155 helikopter, 1701 ağır texnika, 8 yüngül sürətli qayıq və döyüş gəmisi, 76 yanacaq tankeri və 232 PUA məhv edilib.

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.