Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Əlli Dördüncü Günü, 18 Aprel 2022

Bazar ertəsi, 18 Aprel 2022 - 13:35
https://az.iswnews.com/?p=5385

– Ukrayna müharibəsi zamanı Ukrayna qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus Mi-8 və ya Mi-17 helikopterinin qalıqları.
Qəzanın yeri və vaxtı məlum deyil və vurulan helikopterin konkret təfərrüatları yoxdur. Çox ehtimal bu hücum son bir neçə gündə baş verib.

– Rusiya ordusuna məxsus Tu-22M3 bombardmançı təyyarəsinin Mariupol ətrafında uçmasını müşahidə olunub.
Təyyarə əvvəllər Mariupoldakı Ukrayna hərbi bazalarının, xüsusən də “Azofestal” zavodunun bombalanmasında istifadə edilib.

– “RİA Novosti” agentliyinin pilotsuz uçan aparatı Mariupolda ukraynalı yaraqlıların mühasirəyə alındığı “Azovstal” zavodunun görüntülərini çəkib.

– Bu yaxınlarda Rusiya ordusu tərəfindən nəzarətə götürülmüş Mariupol şəhərindəki İliç zavodunda Ukrayna ordusunun texnikasının şəkilləri.
İliç zavodu ötən əsrdə Ukraynada polad istehsalı obyekti olub, lakin son müharibə zamanı o, Ukrayna hərbi texnikasının yerinə çevrilmişdir.

– Rusiya ordusunun Kalibr qanadlı raketi Ukraynanın qərbindəki Lvov şəhərindəki hədəflərə tərəf hərəkət etməsi. Lvov meri bu gün səhər elan edib ki, beş rus raketi Lvovdakı əraziləri vurub.

– Bu gün səhər saatlarında Rusiya hərbçiləri Ukrayna ordusunun Lvov şəhərindəki obyektinə ən azı beş “Kalibr” qanadlı raketi atıb. Lvov meri də açıqlamasında şəhərə hücumu təsdiqləyib. Hücum nəticəsində altı ukraynalının həyatını itirdiyi bildirilir.
Mövcud məlumata görə, hədəf ərazilərdən biri Lvov qatar stansiyasıdır. Görünür, hücumun məqsədi NATO silahlarının dəmir yolu şəbəkələri vasitəsilə Ukraynaya göndərilməsi prosesini ləngitməkdir.

– Aprelin 15-də Ukrayna ordusunun qanadlı raketinin zərbəsindən sonra və batmadan əvvəl Moskva kreyserinin şəkilləri.
Bu şəkillərdə nə aydın görünür:
1- Xilasedici avadanlıqlarının kreyserdən boşaldılması oradan çıxmaq üçün heyətin istifadəsini göstərir. Odur ki, bəzi KİV-lərin gəminin bütün heyətinin (500 nəfərdən çox) həlak olması ilə bağlı iddiası doğru deyil.
2- Uçuş göyərtəsinin dağınıqlığı və helikopter anqarının açıq qapıları uçuş üçün şəraitin hazır olmadığını və böyük ehtimalla helikopterin gəmidə qalaraq Moskva kreyseri ilə birlikdə batdığını göstərir.
3- İddia olunan Ukraynaya məxsus iki qanadlı raket komanda hissəsinə düşüb. Həmin hissədə yanğın baş verib.
4- Gəminin ətrafında başqa xilasedici qayıqların və yedək gəmilərinin olmaması Ukraynanın raket zərbələrinin gəminin sıradan çıxmasına səbəb olduğunu göstərir. İş o yerə çatdı ki, rus hərbi rəsmiləri Moskva kreyserini xilas etmək ümidini üzdülər və Qara dənizdə onu tərk etməyə məcbur oldular. (Ətraflı məlumat: Burada)

– Ukrayna prezidenti Volodimir Zelinski Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Birinci dərəcəli kapitan Aleksey Nijpa Papaya Kontr-admiral rütbəsi verib.
Mükafat Ukrayna donanmasının Rusiyanın “Moskva” hərbi kreyserinə dəqiq hücumda göstərdiyi müsbət nəticəyə görə verilib.

– Mariupolun qərbindəki Primorski rayonunda Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında toqquşmalar davam edir.
Mariupolun əksər əraziləri hazırda Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır və Ukrayna qüvvələri qərbdə Primorski rayonunda və Mariupolun şərqində Azofestalda mühasirədədir. Dünən rusların canları müqabilində təslim olmaq təklifi onları xilas etməyin yeganə yolu olub, xəbərlərə görə, Ukrayna hakimiyyətinin əmri ilə bu təklif rədd edilib.

– Mariupol döyüşləri zamanı rus qoşunları tərəfindən əsir götürülən Ukrayna qüvvələrinin videosu.
Rusiya ordusu daha əvvəl Mariupol döyüşü zamanı 1026 Ukrayna əsgəri və xarici muzdlu əsgərin əsir götürüldüyünü iddia etmişdi.
Ukrayna xəbər agentliyinə müsahibə verən Zelinski Rusiyaya üstüörtülü şəkildə xəbərdarlıq edib ki, Mariupolda əsir düşən ukraynalı əsgərlərin yoxa çıxması danışıqların sonudur.

– Rusiya ordusunun çeçen qüvvələri tərəfindən nəzarətə götürüldükdən sonra İliç zavodunun vəziyyətini əks etdirən video.
Bu videoda Azov batalyonunun səkkiz üzvünün cəsədi göstərilir.
İliç zavodu Mariupol şəhərinin şimalında yerləşir və aprelin 15-də tamamilə rus ordusunun nəzarətinə keçib.

– Azov batalyonu Mariupolda rus qüvvələrini pusquya salıb. Bu videonun dəqiq vaxtı və yeri məlum deyil.
Pusquların xülasəsi və qısaldılmış variantı olan bu videonu Azov Media Batalyonu yayıb. Videonun sonunda qəribə bir şəkildə bir yerdə qapanmış kimi görünən Rusiya qüvvələri Ukrayna qüvvələrinin atdığı qumbaraatanların altında ölməyi gözləyir!

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.