Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Qırx Altıncı Günü, 10 Aprel 2022

Bazar, 10 Aprel 2022 - 10:06
https://az.iswnews.com/?p=4882

Zelenski və Conson Kiyevdə Putinə mənalı təbəssümlərlə gəzirlər!
Britaniyanın baş naziri Boris Conson Ukraynaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Kiyevə səfər edib.
İki tərəf arasında danışıqların tam təfərrüatları hələlik açıqlanmayıb. Lakin Conson Ukraynaya yeni hərbi və maliyyə yardımı paketini verəcəyini açıqlayıb. Ukrayna mediaları paketin bir hissəsi kimi Ukraynaya 120 zirehli texnika və gəmi əleyhinə raketlərin çatdırılması barədə məlumat yayıb.
Bu medialar həmdə Britaniyanın Rusiyaya qarşı növbəti sanksiyalarının da təsdiqləndiyini bildiriblər.
Boris Conson Kiyev şəhərinə səfəri zamanı və Kiyev vətəndaşı ilə söhbətində Zelenskini Rusiyanı yerə vurmaqda böyük iş görmüş fövqəladə prezident kimi tərifləyib!

– Rusiya Müdafiə Nazirliyi Rusiya ordusuna məxsus “Orion” pilotsuz təyyarəsinin Ukraynanın bölgələrindən birində gizlədilmiş Ukrayna hərbi sursat anbarına hücumun videosunu yayımlayıb.

– 8 aprel 2022-ci il tarixində peykdən çəkilmiş şəkillər böyük rus hərbi karvanının Xarkov vilayətinin şərq cəbhələrinə köçürülməsini göstərir.
Karvan Veliki Burluk kəndindən (Rusiya-Ukrayna sərhədi yaxınlığında) əyalət mərkəzinə doğru hərəkət edən ən azı 12 kilometrlik 100 hərbi və zirehli texnikadan ibarətdir.
Rus karvanının müşahidə edildiyi ərazinin koordinatı:
37.400975, 50.037067

– Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Ka-52 helikopteri Ukrayna kolonlarına hücum edib.
NATO adı Hokum B olan Kamov 52 (Ka-52 Alligator) helikopteri, Kamov 50 helikopterinə əsaslanaraq dizayn olunub.
Bu helikopter gecə və gündüz istənilən hava şəraitində quru, zirehli və aşağı sürətli hava hədəflərinə hücum etmək qabiliyyətinə malikdir.

– Donetskdə Rusiya ordusunun silah-sursat anbarı dağıdılıb.
Ukrayna hərbçiləri Donetskdə Rusiyanın silah-sursat anbarını məhv etməyə müvəffəq olub. Yuxarıdakı video Rusiya ordusunun silah-sursat anbarının hədəfə alınması və anbardakı sursatların partlaması ilə bağlıdır.

– Rusiyanın cənub hərbi zonasının komandiri Aleksandr Dornikov Rusiyanın Ukrayna ilə müharibəsinin komandanı təyin edilib. Dornikov Rusiyanın Suriyada İŞİD ünsürlərinə və yaraqlılarına qarşı hərbi əməliyyatlarında böyük təcrübəyə malikdir. Bu təyinatı nəzərə alaraq, Rusiya ordusunun Ukraynadakı strategiyasında ciddi dəyişikliklər gözlənilir.
Rus qoşunlarının Kiyev ətrafından və şimal cəbhələrindən çıxmasından sonra Rusiyanın müharibə strategiyası çoxlu dəyişikliklərə məruz qalıb. Keçmişdə Rusiya zirehli bölmələrinin birbaşa yollarda hərəkət etmələri ilə Ukrayna ərazisinə daxil olmaları artıq mümkün deyil. İndi irəliləyiş-təmizləmə-nəzarətə götürmə şəklində addım-addım inkişaf əldə edilir. Belə görünür ki, bundan sonra Suriyada edilənlərə bənzər taktikaların tətbiqini görəcəyik. İki tərəfdən irəliləmək, mühasirəyə salmaq və düşməni geri dəf etməyə məcbur etmək kimi taktikalardan istifadə etmək gözlənilir.

Mariupol şəhərinin son vəziyyəti, 10 Aprel 2022

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.